Səbrsizlik göstərdiyimiz vəziyyətlərdə zamana qarşı yarışmaq yerinə; ”an”nın ləzzətini çıxarmaq üçün kiçik xatırlatmalar…
1. Hər hansı faylı açmaq üçün əslində ‘’enter’’ düyməsinə 1 dəfə basmağımız kifayətdir. Klavyaturaya boşuna əziyyət verməyək…

2. Yaşılın yanmasına 8 saniyə qalmış yola atılmaq üçün tək keçərli səbəb arxamızdan bizi qovalayan bir qütb ayısı ola bilər.

3. Avtobusa ilk minən insana mükafat vermirlər. Hətta ən son minsək, rahatlıqla düşə bilərik.

4. Mesajı atdığımız heç 10 dəqiqə olmadı; bizə xəyanət olunduğunu düşünmək üçün daha çox sübuta ehtiyacımız var.

5. Yaşılın yandağı 1.5 saniyə oldu; siqnala basmadan öncə qarşıdakı maşına biraz şans verək.

6. Yeməyimizi kimsə əlimizdən almır, çeynəmədən udmağın bir mənası yoxdu.

7. Dilimizin yanacağı bəllidir; soyumasını gözləsək acından ölmərik.

8. Düyməyə 8 dəfə basanda lift daha sürətlə gəlmir.

9. Təyyarədən enmədən telefonumuzu açmağımızı lazım edəcək qədər təcili nə ola bilər ki?

10. Pəhrizimizin 3-cü günündə kilolarımızdan xilas olmağı gözləyə bilmərik. Yediyimiz onlarca şokoladın 3 gündə əriyəcəyini mi sanırıq?

11. Tanış olduğumuz 3 ay oldu; ‘’bu münasibətin sonu necə olacaq?’’ sualı üçün bir az tez deyil mi?

12. Eyni anda 3 şey edə bilmərik. Sadəcə 2 əlimizin olması bizim günahımız deyil.

13. Sezonun sonunu gözləsəydik; hamısını yarı qiymətə ala bilərdik.
