Nepalın paytaxtı Katmandudan 190 km məsafədə yerləşən Dolkha bölgəsinin Kharay şəhərində yaşayan Nara Bahadurun həyat yoldaşı Devi Budhathoki və 3 uşağı “qurd adam sindormu” yaşayır.
Özü “qurd adam sindromu” yaşayan Devi Budhathoki evləndikdən sonra 3 uşaq dünyaya gətirib. Manjura, Mandira və Niraj adlı uşaqlar da analarıyla eyni taleni yaşayırlar.
Genetik olaraq analarına çəkən uşaqlar bədənlərindəki həddindən artıq tüklərə görə lazer epilyasiyasından istifadə etmək məcburiyyətində qalırlar.
Kiçik bir məntəqədə yaşayan ailənin 3 üzvü də məktəbə gedir. Sinif yoldaşları hər nə qədər bu vəziyyətə alışsa da, uşaqların üzləşdikləri gərginlik sifətlərindən oxunur.