Radiasiya ona görə təhlükəlidir ki, təkcə şüalanma deyil, həm də gen mutasiyaları, xərçəng və s. xəstəlikləri törədir. Şüalanmanı bədəndən xaric etmək çətindir, bədəndə qaldıqda isə bütün orqanizmi tədricən məhv edir.
Rus alimlərinin zostera yosunun əsasında hazırladıqları dərman bu şüalanmanı bədəndən xaric edə bilir. Digər təbii vasitələrdən də faydalanmaq olar.
Ən səmərəli qidalar:
Hətta radiasiyanın törətdiyi ciddi xəstəliklərdən əzab çəkənlər üçün bütün dərmanlar vasitələrindən daha faydalı olanı düzgün qidalanma və arabir aclıq etməkdir. Əgər radionuklidlərdən qorunmaq niyyətindəsinizsə, qidalanma zamanı yulaf, qarabaşaq, buğda və arpadan südsüz bişirilmiş sıyıqdan istifadə edin. Bundan əlavə, düyü, qarğıdalı, paxla, maş, soya və mərciməkdən hazırlanmış xörəklərdən çox istifadə edin.Tərəvəz və meyvə qismindən boranı, kələm kök, ağ turp, alma tövsiyyə olunur.
Tərkibində çoxlu kalium olan qidalar sezium-137-nin qana sorulmasına mane olur. Çuğundur, qaysı, ərik qurusu, qoz, qabığı soyulmamış kartof bu silsilədəndir. Nar, kişmiş, sarımsaq, soğan cəfəri və dəniz kələmi də radionuklidlərin təsirini zəiflədir.
Kəsmik, qaymaq xama da möhkəm qida siyahısına daxil edilməlidir. Onların tərkibindəki kalsium radioaktiv stronsium yığılmasına əngəl olur, kəsmik isə radioaktiv elementləri bədəndən xaric edir. Sadalanan qidaların tərkibindəki metionin də radionuklidlərin xaric edilməsində mühüm rol oynayır.
Nə içməli?
Yaddan çıxarmayın ki, orqanizmin radionuklidlərdən təmizlənməsi üçün maye çox zəruridir. Həkimlər təsdiqləyir ki, böyrəklərdən keçən hər 265 ml su 1 q zərərli maddəni yuyub aparır.
Yeməkdən 2-3 saat sonra və yeməyə 30 dəqiqə qalmış su için. Sudan başqa qara gavalı, gicitkən, kətan həlimləri, təbii qırmızı şərab üzüm və nar şirəsi için. Öz meyvəsinin ləti ilə qarışdırılmış şirələrə üstünlük vermək tövsiyyə edilir, çünki onlar ziyanlı maddələri udur, radionuklidlərin xaric olunmasına yardım edir.