Mavi rəng- yemə istəyini azaldaraq arıqlamağa kömək edir.Qırmızı rəng həm iştahı artırır, həm də zamansızlıq hissi yaradır.Sarı rəng süfrələrinizə həyəcan və müsbət enerji qatarkən narıncı bütün diqqətləri süfrənizə çəkir.Rənglərin insan psixologiyasına təsir edən bir güc olduğu və doğru istifadə etdiyində süfrənizin aurasına təsir edəcəyini deyənlər rənglərin süfrədəki dilini belə izah edirlər:
Mavi-Dənizin rəngi olan mavi azadlıq hissi verər və sakitləşdirər.Amma süfrələrdə tam fərqli bir təsir göstərir.Yemə istəyini azaldan mavi rəngi istifadə edib süfrədən daha az yeyərək qalxa bilərsiniz.
Qırmızı-Hər kəsin bildiyi kimi iştahı açar,amma qırmızı rəng zamanı unutdurar, hətta bir ara zamansızlıq hissi yaradar.Ancaq diqqətli olun,bu rəng ilə qonaqlarınızı doydurmaqda çətinlik çəkə və yuxusuz da qala bilərsiniz.
Sarı-Süfrənizdə müsbət bir aura istəyirsinizsə sarını seçin.İnsana həyəcan və canlılıq verən sarının diqqəti artırma xüsusiyyətlərinə görə süfrəniz diqqət mərkəzində olacaq və qonaqlarınız hər detalı aşkar edəcəklər.
Bənövşəyi–Psixologiyaya mənfi təsir edə biləcəyi deyilsə də,keçmişdə yalnız saraylarda istifadə olunan bənövşəyi rəng süfrənizə zadəganlığı və soyluluğu gətirəcək.
Yaşıl-Süfrənizə rahatlıq,sakitlik hissi vermək istəyirsinizsə yaşıl ən doğru seçim olacaq.Təbiəti xatırladan bu rəng ilə süfrənizdə bir vegetarian havası olacaq. Təbiət dostu olduğunuzu dostlarınıza xatırlatmaq üçün düzgün seçim yaşıl rəng olacaq.
Narıncı–Qırmızı rəng kimi iştah açan narıncı,süfrənizə canlılıq gətirəcək.Diqqət çəkici bir xüsusiyyəti olan narıncı rəngi ilə diqqət mərkəzində qətiliklə sizin süfrəniz olacaq.
Qəhvəyi-Qonaqlarınızın rahat olmağını bu rəng ilə təmin edə bilərsiniz, amma diqqətli olun. Araşdırmalar göstərir ki, insanların əksəriyyəti bele yerlərdə çox dayanmaq istəmir, tez işlərini görüb uzaqlaşmaq istəyirlər. Əgər qonaqlığın qısa kəsilməsini istəyirsinizsə qəhvəyi rəngi sınaya bilərsiniz.
Boz–“Ağır xasiyyətli qonaqlar”ı dəvət etmisinizsə boz – platin rəngində samballı bir süfrə sizin üçün uyğun olacaq. Ancaq çox tez-tez istifadə etdikdə sıxıcı təsiri ola bilər.Fərqli bir rəng ilə istifadə etsəniz bürkülü havanı yox edə bilərsiniz.
Qara-Konsentrasiyanı gücləndirən qaranı süfrənizdə və ya boşqablarınızda istifadə edərək ön plana çıxmasını təmin edə bilərsiniz.Çox güclü bir rəng olan qara sizin ön planda olma arzunuzu qətiliklə ortaya qoyacaq.