Təbiətdə minlərlə quş növü yaşayır , havada azad uça bilən bu heyvanlar  xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər . Bəzisi yırtıcı , bəzisi balaca , bəzisi böyük və s. olur .

Gəlin  bəzi xüsusiyyətlətinə görə digər quşlardan fərqlənən “ən”lərlə tanış olaq .

Ən böyük quş : Dünyanın ən böyük quşu dəvəquşudur. Boyu 2metrdən çox , çəkiləri isə 150 kiloya qədər olar. Afrika köklü bu quş uça bilmir .

Ən ağır quş : Uça bilən ən ağır quş Avropa və Asiyada yaşayan kori dovdağıdır . Bu quş növünün çəkisi orta hesabla 12-15 kq-dır . Bundan daha ağır quş növləridə var. Ancaq 15 kilodan daha artıq quşlar uça bilmir . Onlar Afrikanın cənub hissələrində məskunlaşmışlar.

Hansı quşun  dörd ayağı vardır ? : Quşlar iki ayaqlı heyvanlardır . Ancaq bir istisna var . Braziliya meşələrində yaşayan “cavan hoatzin “ adlanan quş növünün dörd ayağı vardır . Bala hoatzinlərin qanadlarında pəncələri  də vardır .

Ən balaca quş : Ən balaca quş Kubada yaşayan kalibridir. Uzunluğu heç 6 sm belə deyil. Ağırlığı isə sadəcə 1,5 qramdır .

Ən kəskin görüşlü quş : 8-10 km uzaqdakı bir ovunu belə aydın şəkildə görə bilmə qabiliyyətinə ov quşları sahibdir.

Ən sürətli quş : Şahin(kori bustard) ən sürətli quşdur . Saatda 320 km sürətə çata bilir.

Havada ən çox vaxt keçirən quş : Qaranquşlar olduqca qəribə quşlardır . Onlar göy üzündə yatır , cütləşir , bəslənirlər . 2 il göy üzündə qala bilirlər . Yaz sonunda günlər qısalıb , böcəklər azalanda Afrikaya köç edirlər. Yazda geri  dönürlər . Digər quşlardan fərqli olaraq gündüzlər köç yollarına davam edirlər .

Ən uzun məsafədə uçan quş : Arktik dəniz qaranquşu 16000 km yol gedə bilir . İldə 50000 km yolçuluq edirlər .