Tarixdə bir çox acımasız qatillərin qurbanlarını psixopat üsullarla öldürdüyünü bilirik, ancaq bu dəfə adından bəhs edəcəyimiz qatil qurbanlarını öldürdükdən sonra ağla gəlməyəcək bir şey edir.

Leonarda Cianciulli, Hitler (Gitler) acımasızlığını ve psixopatlığını qəlbində daşıyan bir qatildir. Bele ki, qurbanlarının sümüklərindən sabun düzəldir, bəzilərindən ise keks bişirərək həm özü yeyir, həm də qonaqlarına verirdi.

Leonarda Cianciulli 14 noyabr 1893-cu il tarixində İtalyanın Montella şəhərində gələcəkdə bir psixopat olacağından xəbərsiz bir şəkildə dünyaya gəldi. Gəncliyində iki dəfə canına qəst etmək istəyən qadın, Raffaele Pansardi adlı bir qeydiyyat məmuru ilə evləndi. Ancaq ana və atası bu evliliye qarşı çıxır, ailə həyatında onlara rahatlıq vermirdi. Hətta buna görə Cianciulli anasının onları lənətlədiyini düşünürdü.

 

Cütlük daha sonra Larianoya köçməyi qərara aldı, ancaq şanssızlıq onları burada da tapdı, 1930-cu ildə baş verən zəlzələdə evləri uçuldu.

Leonarda daha sonra Correggio qəsəbəsinə köçdü və orada kiçik bir mağaza açaraq nəzakəti və sevimli hərəkətləri ilə bir çox insana özünü sevdirməyi bacardı.

Evlilik müddəti boyunca 17 dəfə hamiləlik yaşayan qadın, birçox uşağını itirdi və sadəcə 4 uşağı qaldı. Daha sonra digər üç övladını da itirən qadın, tək uşağını qorumaq adına cadu işlərinə başladı.

Qadına görə uşağını qorumaq üçün 3 qurban vərməsi lazımdı. Bu qurbanlardan sabun düzəldib oğlunu onunla yuyunduracaq, qalanlarıyla da keks düzəldərək oğluna yedirdəcəkdi.

1939-cu ildə qadın bu fikrini həyata keçirdi ve 3 qadını baltasıyla acımasız şəkildə öldürdü.
Parçalara sodyum hidroksit qataraq bir çuxurda (tas) yoğuran qadın, qanın laxtalanmasını və ardından qurumasını gözlədi. Quruyan parçaları yaxşıca üyüdüb un, şəkər, yumurta, şokolad və yağla birlikte yoğuraraq keks halına gətirdi ve çayın yanında həm oğluna həm də  qonaqlarına yedirtdi.

Sabunu isə öldürdüyü digər iki qadını qazanda yaxşıca əridib üzərinə içki və kolonya tökərək sabun halına gələnə qədər qarışdırdı. Və sonunda ortaya çıxan sabunla oğlunu yuyundurdu.

Daha sonra qonşusu tərəfindən şikayət edilən qadın ömürlük həbs cəzası aldı və 1970-ci ildə həyata gözlərini yumdu. Cinayətlərdə istifadə etdiyi qazan isə Roma Kriminoloji Muzeyində sərgiləndi.