Dəvə-“Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçənə qədər Cənnətə daxil ola bilməyəcəklər! Günahkarları belə cəzalandırırıq!”
Ağcaqanad-“Şübhəsiz ki, Allah ağcaqanad və digər bir varlığı misal gətirməkdən çəkinməz. İman gətirənlərə gələndə onlar belə misalların Rəblərindən gələn həqiqət olduğunu bilirlər. Kafirlərə gələndə isə, “Allah belə misal verməklə nə murad edər?” deyirlər. Allah onunla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir”.
Qatır-“Atları, qatırı və uzunqulağı minmək üçün və zinət olsun deyə yaradıb. Allah hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) yaradar”.
Buzov-“Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə gətirdilər və: “Salam” dedilər. O da: “salam” dedi və dərhal gedib qızardılmış bir buzov gətirdi. Musaya qırx gecə (Tur dağında vəhy üçün) söz vermişdik. Sonra haqsızlıq edərək buzovu tanrı etdiniz”.
İlan-“Bundan sonra Musa əsasını yerə atdı. O, dərhal açıq-aşkar ilana döndü”.
Çəyirtkə-“Biz ayrı-ayrı möcüzələr olaraq, onlara tufan, çəyirtkə, bit, qurbağa və qan göndərdik. Yenə də günahkar bir tayfa oldular. Sanki ətrafa səpələnmiş çəyirtkə sürüsü kimi baxışları pərişan halda qəbirlərindən çıxacaqlar”.
Eşşək-“Tövratla öhdəçilikdə olub amma onunla əməl etməyənlərin vəziyyəti cildlərlə kitab daşıyan eşşəyin vəziyyəti kimidir. Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir!”
Balina-“Yunus özünü qınayarkən onu nəhəng bir balıq uddu. Sən öz Rəbbinin hökmünü səbrlə gözlə. Balıq sahibi (Yunus) kimi olma. O vaxt o, dərdli-dərdli Rəbbinə dua etmişdi”.
Donuz-“Allah sizə ölü heyvanı (leşi), qanı, donuz ətini qəti haram edib. Kimsə bunlardan yeməyə məcbur olsa, başqasının haqqına göz dikmədən və həddini aşmadan bir miqdar yeyə bilər. Şübhəsiz, Allah bağışlayandır, mərhəmətlidir!”
İnək-“Bizim adımıza Rəbbinə dua et, bizə onun nə olduğunu açıqlasın” dedilər. Musa: Allah deyir ki: “O, nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında bir inəkdir”. Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. Bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, inək və qoyunun piylərini də yəhudilərə haram buyurduq. Bu etdikləri zülmlərə görə onlara verdiyimiz cəzadır. Biz sözündə doğru olanlarıq”.
At-“Nəfsani arzulara, xüsusilə qadınlara, oğullara, yığın-yığın yığılmış qızıl və gümüşə, salma atlara, sağmal heyvanlara və əkinlərə qarşı düşkünlük insanlara çəkici göstərilib. Bunlar dünyanın keçici mənfəətləridir. Halbuki varılacaq gözəl yer Allahın yanındadır”.
Qurd-Yəqub dedi ki: “Onu aparmağınız məni çox məyus edər. Siz ondan xəbərsizkən onu bir qurdun yeməsindən qorxuram”. Dedilər ki: Həqiqətən biz qüvvətli bir dəstə olduğumuz halda, əgər qurd onu yesə, onda biz aciz sayılarıq. “Ey atamız! dedilər, biz yarışmaq üçün uzaqlaşdıq. Yusifi əşyalarımızın yanında qoymuşduq. Təəssüf ki, onu qurd yeyib! Lakin biz düzünü desək də, sən bizə inanmayacaqsan”.
Bildirçin-“Və sizi buludla kölgələdik, sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar bizə deyil, ancaq özlərinə zülm ediblər. Ey İsrail oğulları! Sizi düşməninizdən xilas etdik, Tur dağının sağ tərəfinə gəlmək üçün sizə qüdrət halvası və bildirçin əti bəxş etdik”.
Qoyun-“Erkək və dişi olaraq səkkiz cüt yaradıb: qoyundan iki, keçidən iki dənə. De ki: O, bunların erkəklərini yoxsa dişilərini, yoxsa bu iki dişinin rəhmlərindəki balalarımı haram edib?”
Hörümçək-“Allahdan başqa özlərinə dost seçənlərin vəziyyəti, hörümçəyin vəziyyətinə bənzəyir. Hörümçək bir yuva düzəldib. Ən zəif yuva isə şübhəsiz, hörümçək yuvasıdır. Kaş biləydilər!”
Fil-“Görmədin Rəbbin fil sahiblərinə nə etdi?”