Ağayana paltar, nişastalı yaxalıq və başa qoyulan son dəbli şlyapa ziyalı olmaq deyil. Ziyalılar xalqın beynidir.
Bilirəm, bütün peşələrdə olduğu kimi, müəllimlərin də arasında ruhuna görə pedaqoq olmayan çox insan var. Onlara hətta sənətkar da demək olmaz. Onlar – öz müəllim fəaliyyətini sevməyən, onu lənətləyən muzdlulardır. Onlara dostcasına təklif edirəm: əl çəkib gedin! Özünüzə başqa peşə axtarın. İstənilən işlə məşğul olun, ancaq canlı ruhuna və böyük biliyinə ehtiyac duyulan insanların yerini tutub xalqın maariflənməsinə mane olmayın.
Dərdini demək istəyən xəstəyə qulaq asmadan onu necə müalicə edə bilərsiniz?
Adamlar moizələrdən qaçırlar. Nə üçün? Çünki burada ölmüş adamlar ölmüş sözlər danışmaqla məşğuldur və bu sözlər xalqın şüuruna və ürəyinə heç nə çatdıra bilmir.
Din — insanın dünyayla, insanlarla, təbiətdəki hər bir bitki ilə duyğusal əlaqəsidir.
Yelbeyin gənclik ağıl kasadlığından əziyyət çəkən liberallarla birgə, çox nahaq yerə allahsızlığın azad düşüncəliliyin əlaməti olduğunu düşünür. Allahsızlıq — ürəyin şikəstliyi, ruhun xəstəliyidir.
Özünüzü günahlandırın. Özünüzü müalicə edib sağaldın.
Özünüz Allahı axtarın. Özünüzdə. Özünüz üçün. Bundan sonra xalqa Allahın yolunu həyatda göstərin.
Köhnə ruhu qovun, izi-tozu da qalmasın.
Ancaq vətən uğrunda yaşamaq özü onun uğrunda ölməkdən kiçik qəhrəmanlıq sayılmamalıdır.
Əgər siz öz hünərinizi göstərmək istəyirsinizsə, bunun üçün daha xeyirxah və gözəl yollar tapın.
Gəncliyi deyil, özünüzü qınayın. Gənclik sizin onu təbriyə etdiyiniz kimi yetişib.
Uşaqlıq illəri, uşaq ağlı, uşaq ruhu becərilməyən, başlı-başına buraxılmış çəmənlik kimidir. Buraya yaxşı heç nə əkilməyib. Əgər uşaqlara xeyir, həqiqət və sevgi haqqında nəsə danışıblarsa da, bunu quru səslə, darıxdırıcı və yad sözlərlə deyiblər. Uşaq ağlını cəlb etmək istəmir, bunu bacarmırlar. Onların mənəvi ruhunu isidə bilmirlər.
Uşaqlar valideynlərinin yanında, çoxsaylı əmi-dayıların və xala-bibilərin yanında olsalar da, öz evlərində yetim kimi böyüyürlər.
Həqiqətən təəccüblənirsən, nə yaxşı bizim uşaqlar indikindən daha pis olmayıblar.
Bizim uşaqları ilk olaraq kim korlayır? Onlara bizim sözlərimizə əhəmiyyət verməməyi kim öyrədir? Bunu biz özümüz: atalar və analar edirik.
“Həyatını lazımınca qura bilməməyin” ən başlıca səbəblərindən biri hamının “həyatını lazımınca qurmaq” istəyib, ancaq heç kimin həyatın özünü “qurmaq” istəməməsiylə bağlıdır.
Meydanlarda insanları sevgiyə çağıran tanrının şərəfinə möhtəşəm məbədlər tikir və elə bu məbədlərin qarşısında minlərlə insanı diri-diri tonqalda yandırırlar. Tanrıya sevgi adı altında gizlənib insanları öldürürlər.
Əgər siz köləsinizsə, qurbanlıqsınızsa, belə də olacaq! Dözün. Əzab çəkin. Məhv olun.
İsa Məsihin günah işləyənə dediyi sözü unutmayın: Get və bir daha günah işləmə.
Öz ziyalılarını yetişdirməmiş xalq bədbəxtdir.
Başlı-başına buraxılmış çöllükdə qızılgül, alma, xiyar və ya kartof deyil, gicitkən, ayıpəncəsi və dəvətikanı bitir. Xalq kütləsinin beyni və ürəyi də bunun kimidir.
İnsan, onun dühası, xeyirxah iradəsi və müdrik ağlı təbiətin bütün qara qüvvələrindən güclüdür.
Mənə elə gəlir, yer üzündəki xalqların çoxu hələ də adam yemək adətindən əl çəkməyib, ancaq indi bunu başqa cür, yeni üsullarla edirlər.
Canlı düşüncə sahibləri, böyük ruh yiyələri, inadla mədəni əməyə qatlaşan insanlarla həmişə möcüzələr yaratmaq olar.
Ölkə əhalisinin böyük hissəsinin cahil və kobud olmasına dözmək utanmazlıqdır. Mədəniyyət günəşinin işığıyla aydınlanan, gözləri açılan, savadlı insanlar üçün bu vəziyyətə laqeyd qalmaq bağışlanmaz və böyük cinayətdir.
Bu adamlar özünəməxsus istedada malikdirlər: kimi, nə ilə və nə vaxt satın ala biləcəklərini çox yaxşı bilirdilər.
Siz mənim ruhumu alt-üst etdiniz… Yeni qaydayla yaşaya bilmirəm. Köhnə qaydada yaşamaq iyrəncdir. Sanki təsadüfən, ehtiyatsızlıqdan özümü öldürürəm.
Milyonlarla insan cismani, əqli və əxlaqi baxımdan çürüyüb gedir və heç kim bu mühitin üfunətini hiss etmir, hamılıqla pis qoxuya öyrəşiblər. Bu iyrəncliyin içində doğmalaşıblar. Hamılıqla elə belə də olmalı imiş kimi düşünürlər.
Susub, kütləvi şərə tamaşa etmək elə bu şərin iştirakçısı olmaq deməkdir.
İsa Məsih daima bunu öyrədir və təkrarlayırdı: sev, sev, sev! İnsanları sev! İstənilən insanı sev! Hər bir canlını sev! Bütün dünyanı sev: ağacı da, daşı da, çöldəki qum dənəsini də, göydəki ulduzu da sev. Hər şeyi sev! Hər şeyə həyat verəni sev! Tanrını və öz yaxınlarını sev!