1 – Sarah Winchester, 1840-ci ildə Amerikada doğulmuş və 5 sentyabr 1922-ci ilə qədər Amerikada həyatını davam etdirmişdir. Əri William Wirt Winchester ilə 19 il evli qalmışlar daha sonra ərinin ölməsi ilə dul bir qadın olaraq həyatını davam etdirmişdir.
2 – William Wirt Winchester, hazırladığı Winchester model tüfəng sayəsində milyoner olmuş biridir. 1862-ci ildə Sarah Winchester ilə həyatını birləşdirdikdən sonra 1881-ci ildə vəfat etmişdir.
3 – Evli qaldıqları müddət ərzində, 1866-ci ildə Annie adlı körpələri dünyaya gəlmişdir ancaq Annie tutulduğu bir xəstəlik nəticəsində 9 günlük ikən həyatını itirmişdir.
4 – Sarah Winchester ərinin ölməsi nəticəsində ağır böhran və depressiyaya girərək, ərinin hazırladığı Winchester model tüfəngin bir çox Qızıl dərilinin ölməsinə səbəb olduğunu düşünərək, Hindistan ruhlarının və pis ruhların onu narahat etdiyindən şikayət edərək New Yorkda olan kahin və cadugərdən kömək istəmişdir.
5 – Kahin və cadugərlər Sarah Wichester’a həyatının sonuna qədər 24 saat ərzində yaşadığı evi inşa etməsini söyləmişlər. Bunun səbəbi evin içində bir təmir işinin olması pis ruhları o evdən uzaq tutacaqdır düşüncəsi idi.
6 – Bunun nəticəsində New Yorkdakı təmtəraqlı həyatından qoparaq San Jose’yə köçüb 18 otaqlı bir ev satın alır və bir çox çalışan tutub, evi ilk olaraq içərisi görülməyəcək hasarlar ilə bağlayır.
7 – Hər gün evdə yeni bir otağının təmiri gedir və yaxşı ruhlar üçün 160 otaq ayrılır. Bundan əlavə 47 buxarı qoydurur və gələn pis ruhların buradan çölə çıxıb getdiyinə inanır ancaq evdə yalnız 2 güzgü var. Bir güzgü yataq otağında digəri isə hamam otağındadır. Bunun səbəbi pis ruhların aynadan əks olunduğu düşüncəsidir.
8 – Sarah Winchester, pis ruhların gecə yarısından sonra gəldikləri və iki, üç saat qaldıqdan sonra evdən çıxdıqlarını düşündüyündən, Asiyalı bir işçini işə almış və gecə yarısından sonra pis ruhlar evdən getsin deyə gecənin bir vaxtı evdə zəng çaldırmışdır. Ancaq bu dövrdə zənglərin nə üçün çalındığı işçilər və xalq tərəfindən bilinmirdi.
9 – Ölən Hindli ruhlarından xilas olmaq və pis ruhlardan qaçmaq üçün aldığı 18 otaqlı evi hər gün inşa etdirərək, bir labirent evə çevirən Sarah Winchester bu ev üçün 100 milyon dollar sərf etmişdir. Öz hazırladığı Labirent evdən heç çıxmayaraq həyatının sonuna qədər burada yaşamışdır.
10 – Hələ də ziyarətçi axınına uğrayan bu evdə 50 milyon dollar dəyərində qənimət olduğu deyilsə də heç bir oğrunun da bura girməyə cəsarət edə bilməyəcəyi deyilməkdədir. Dedi-qodular arasında bir çox qorxu hekayəsi də var. Məsələn evdə itən bir çox qonaq olduğu və bunların bir daha tapılmadığı da dedi-qodular arasındadır.
Günümüzdə bu qorxulu evə aktiv olaraq turlar davam etdirilməkdədir: www.winchestermysteryhouse.com