Qorxu filmlərinə baxmaqda tək məqsəd sinir sistemini oynatmaqdır. Bu da insan psixologiyası üçün travma sayılır. Bəs medalın digər tərəfinə baxsaq?
- Qorxu filmləri fobiyalara qalib gəlməyə kömək edir
Texas Universitetinin apardığı araşdırma göstərmişdir ki, keyfiyyətli qorxu filmi sinir sistemi üçün treninqdir: izləyici baş qəhrəmanın həyacanlarını yaşayır və eyni zamanda təhlükədə olmadığını bilir. Bu vəziyyət psixoterapiyada fobiyalara qalib gəlmək üçün istifadə olunan ekspozisiya metodu ilə birəbir eynidir.
- Qorxu filmləri stresi aradan qaldırır
Depresiya, qorxu və narahatlıq hiss etdiyiniz anlarda qorxu filmlərinə baxın. Yaşadığınız problemlərdən daha böyük problemlərin mövcud olduğunu görəcəksiniz. Bundan əlavə qorxularınızın üstünə getməkdə hər zaman fayda var.
- Bir porsiya adrenalin
Razılaşın, qorxu filmlərinə baxmaq ekstrimal idman növləri ilə məşğul olmaqdan daha təhlükəsizdir. Bu səbəbdən də insanların əksəriyyəti adrenalin porsiyasını qorxu filmlərinə baxaraq qəbul edir. Adrenalin isə gümrahlıq və ikinci nəfəs deməkdir.