Həkimlər bir qadının qolunda qulaq yetişdiriblər.
Xərçəng xəstəliyindən qulağını itirmiş qadının qolunda qulaq yetişdirilib.
2008-ci ildə Şerri Uolters adlı 42 yaşlı amerikalı qadına dəri xərçəngi diaqnozu qoyulub. Qadın bu xəstəlikdən müalicə alarkən sol qulağını, kəllə sümüyünün sol tərəfini itirib. Uolters qulaqsız olsa da, o xüsusi aparatla eşidə bilib. Lakin Baltimorda yerləşən xəstəxananın həkimləri ona daimi qulaq təklif ediblər. Həkimlər qadının baldır ətindən istifadə edərək yeni qulaq hazırlayıb, onu qadının qoluna bərkidiblər. Əməliyyat 2011-ci ilin mayında aparılıb. 4 aydan sonra isə artıq qolda hazırlanmış qulağı çıxararaq onu qadının başına bərkidiblər. Bütün proses 20 ay çəkib. Xəstə isə özünü xoşbəxt hiss edir. O deyir ki, bütün bunlar digər xərçəng xəstələrinə mübarizədə ümid verəcək.


