Bizim kimi ölkəklərdə xüsusilə Azərbaycanda çoxumuz istəməyərək də olsa belə yaşamırıqmı? Valideynlərimiz nə deyər? Qohumlar nə deyər? Məhlədəkilər nə deyər? … Deyə deyə qısa olan ömrümüzü başqalarının sözlərinə məhkum edirik. Ondan deyilmidir ki xoşbəxt insanlar ola bilmirik? Ondan deyilmidir ki xəyallarımızın arxasından gedə bilmirik?! ‘Başqaları bizim haqqımızda nə düşünər’ deyə yaşamamaq üçün 12 məntiqli səbəb.
1. Bu həyat sizindir, heç kimi maraqlandırmamalıdır
Qısaca işin xülasəsi budur əslində. Hər nə qədər yaşadığımız cəmiyyətdə bunu deyə bilmək bir az cəsarət işi olsa da bunu cəsarətlə etməliyik. Bu həyat sizindir, onu başqalarının sözlərinə məhkum etməyin.
2. Sizin üçün nəyin yaxşı olduğunu sizdən daha yaxşı heç kim bilə bilməz
Bu həyatı yaşayan, içində olan, bütün problemlərlə üzləşən sizsiniz. Ən dərininə qədər bir çox şeyə hakim olan yenə sizsiniz, bu səbəbdən sizin üçün nəyin yaxşı nəyin pis olduğunu başqasının bilməsi mümkün deyil, bu kəslər valideyniniz olsa belə. Bu səbəbdən həyatınızı yaşayarkən ən yaxşısını bilən adamın dediklərini etməyə diqqət yetirin.
3. Başqası üçün çox doğru olan bir şey sizin üçün tamamilə səhv ola bilər
İnsanlar sizi tamamilə ümumi doğrulara görə mühakimə edəcək. Özlərinə yaxşı olan şeylərin sizə də yaxşı olacağını təxmin edərək hərəkət edəcəklər. Halbuki onlara kömək edən məsləhətin sizdə də işə yaraması bir qanun deyil. Onun üçün onların təcrübələrinə ehtiyatla yanaşın, siz öz təcrübələrinizi əldə edin.
4. Xəyallarınızın arxasınca getməyə maneə törədir
Bəlkə də ən əhəmiyyətli şey budur! Başqaları nə deyər deyə bir həyat qurmaq sizi etməyi ən çox istədiyiniz şeylərdən belə uzaq tuta bilər. Xəyallarını gərçəkləşdirmədikdən sonra kimə görə yaşasan yaşa nə qiyməti var?
5. Qərarlarınızın nəticələri sizə təsir edəcək onlara deyil!
Başqaları nə deyər deyə hərəkət edib zərər görsən, heçkimi günahlandıra bilməzsən. Heçkim bu mövzuda məsuliyyət daşımır. Onda nəticələri sənə birbaşa olaraq təsir edəcək şeylərə niyə heç məsuliyyəti olmayan insanları daxil edəsən ki?
6. İnsanların fikirləri dəyişkəndir.
Hamımız dəyişirik, fikirlərimiz, düşüncələrimiz gündən günə fərqliləşir. Bu səbəbdən əgər “kim nə deyər” üzərinə bir həyat qursanız insanların dəyişmə sürətinə çatmaya bilərsiniz. Ən yaxşısı özünüzü əsas almaq, öz sürətinə görə yaşamaqdır.
7. Həyat qısadır…
3 günlük dünyada, ortalama 65 ili niyə başqalarının ağzına baxaraq yaşayırsan ki?
8. Nə əkərsən onu da biçərsən
Yəni işin mahiyyəti ondadır ki, qərarlarının məsuliyyəti də, nəticələri də səni əlaqələndirir. Həftədə 1 saat belə görmədiyin adamları niyə ömrünə daxil edirsən ki?
9. Digərləri sənin düşündüyün qədər düşünmür.
Sən həyatın haqqında bir qərar verərkən bəlkə aylarını xərcləyirsən, yaxşı amma niyə 2 dəqiqə düşünməyən insanların düşüncələrinə görə hərəkət edəsən ki? Səni kim sənin qədər düşünəbilər? Kim sənin qədər baş yorar sənin həyatına?
10. Ətrafınıza azadlığınızı minimallaşdıran divarlar hörürsünüz.
Başqalarının düşüncələrinə görə yaşamağa başladığınız zaman, ətrafınıza hördüyünüz “camaat nə deyər?” divarı hər keçən gün yüksəlir. Sonra bir baxırsan ki axmaq məhdudiyyətlər, sərhədlər içərisində yalnız olaraq çapalayırsan.
11. Bir müddət sonra başqalarının həyatını yaşayırsınız.
Bir müddət sonra artıq həyat başqalarının yaratdığı əcaib bir şeyə çevrilər. Hər deyiləni düşünməyə, hər deyiləni etməyə çalışarsan. Bu səni yorar, qocaldar və qul edər. Özünü davamlı ikinci plana atmağa başladığının fərqinə vararsan.
12. Nəticə olaraq ‘hərkəsi razı salmaq’ mümkün deyil!
Nə edirsən et, necə davranırsan davran etdiklərini bəyənməyən, dəyişdirmək istəyən bəziləri olacaq. Sən özünü xoşbəxt eləməyə çalış! Amma, dəyərli olan insanlarla hər hansı bir qərarı müzakirə etmək faydalı ola bilər.