Christin Rose bir fotoqrafdır. Bu günlərdə gənc qızları idmana istiqamətləndirmək üçün başladığı “O oynayır, biz qazanırıq” adlı bir layihə ilə məşğuldur. Bu layihədə 7 ilə 14 yaş arasındakı qız idmançıların şəkillərini çəkir.

“Onların pozulmuş dırnaq boyalarından, yaralı dizlərindən və qorxusuz ruhlarından ilham alıram” deyir.

Bu layihədə kiçik idmançı qızların, kişilərə xas sərt idmanlarla məşğul olacaq cəsarəti olmayan digər kiçik qızlara ilham verməsini qarşısına məqsəd qoyur. Dediyinə görə çəkdiyi fotoşəkillərdə balacaların “güclərini, hekayələrini, istəklərini o kiçik parlaq gözlərindən göstərmək” istəyir. Christinin çəkdiyi fotoşəkillərdən ən çox bəyəndiyimiz 15 nümunə aşağıdadır, ümid edirik ki, bu layihə müvəffəqiyyətli olar və daha çox gənc qızı idman etməyə təşviq edər.