Hindistanda azyaşlı qızın hidrosefaliyası olduğundan başı hədsiz dərəcədə şişir. 


Runa Bequm anadan olanda onun beyin mədəciklərinə serebrospinal maye toplanıb. Yerli həkimlər ona kömək etməyi bacarmayıblar. 

Çikaqo universitetinin professoru Peter Heydeman bildirib ki, Bequmun beynindəki mayeni çəkib götürmək olar. Lakin nəticədə beyin zədələnməsi riski vardır. Heydemanın sözlərinə görə, qızda hidrosefaliya xəstəliyi vardır. Onun beyin yarımkürələri olmadığı üçün serebrospinal maye beyinə dolub.