Məhz bu məktəbin məzunları Azərbaycan xalqının həyatında, onun maarifçiliyində böyük rol oynayıblar. Qız məktəbinin açılması 20-ci əsr müsəlman şərqində mühüm hadisəyə çevrildi. Qız məktəbinin açılması bütün müsəlman dünyasının təhsil tarixi üçün yüksək uğur idi. Bunun məntiqi davamı kimi 1918-ci ildə Şərqdə ilk dəfə zərif cinsin nümayəndələrinə seçmək və seçilmək hüququ məhz Azərbaycanda verildi.