Qısqanclıq – bizim üçün önəm li olan insanlar tərəfindən lazımi diqqət, qayğı və sevgi görmədikdə yaranır. Sevdiyimiz şəxsin diqqəti, hörməti və sevgisi başqa obyektlərə yönəldikdə biz bunu ağrı və kədər hissi ilə qarşılayırıq. Qısqanclıq yalnız emosional əlaqə və bağlılıq olan insanlar arasında baş verir. Həmin əlaqələrin kəsilməsi qorxusu qısqanclıq hissinin peydə olmasına səbəb olur.

    Əksər hallarda insanlar nəyisə itirdikdən sonra onun dəyərini anlamağa başlayırlar. Bu ifadəni işlədənlər də həyatlarında vacib olanların dəyərini onları itirdikdən sonra analayan insanlardır. Buna görə də bəzi cütlüklərdə partnyorlardan biri bilərəkdən çətin məqamların yaranmasına şərait yaradır ki, qarşı tərəf münasibətləri dəyərləndirməyə başlasın. Həmçinin bu cür metodlar münasibətlərin möhkəmliyini və partnyor üzərində hakimiyyətin gücünü yoxlamaq üçün istifadə edilir. Unutmaq lazım deyil ki, ifrat qısqanclıq tezliklə partnyorları bezdirəcək, yoracaq və  onun münasibətləri tərk etməsinə səbəb olacaq.

    Aşağıda qeyd olunmuş siyahımızda qısqanclığın ən geniş yayılmış səbəblərini və onlardan qurtulmaq yollarını sizə təqdim edirik:

    1. Özünü aşağı qiymətləndirmə. İnsan özünü, şəxsi keyfiyyətlərini düzgün qiymətləndirməyəndə, özünü başqaları ilə müqayisə etməyə başlayır. Müqayisə zamanı insan avtomatik olaraq başqalarında ancaq müsbət keyfiyyətləri görür və özündə olan mənfi cəhətlərlə müqayisə etməyə başlayır.

    2. Başqası üzərində sahibkarlıq hissi. İnsanlar münasibətlərə başlayanda partnyoru üzərində müstəsna hüquqlara malik olduğunu düşünürlər və parntyorun istənilən təkbaşına atılmış addımı, qərarı, şəxsi maraq və şəxsi sirrləri qəbul olunmaz olmağa başlayır. Bu hal düzgün deyil, çünki istənilən insanın daxili “mən”-nə hörmət etmək lazımdır.

    3. Tənhalıq qorxusu.

    4. Valideynlərimizdən aldığımız mənfi örnək. Uşaqlıqda tez-tez valideynlərimizin qısqanclıq münasibətlərinin şahidi olduqda, bizdə də bu hiss tərbiyyə olunur, xarakterimizə aşılanır.


   Qısqanclıqdan azad olma üsulları:

    1. Sevdiyiniz şəxsi qısqandığınızı etiraf edin və bu hissdən uzaqlaşmaq qərarına gəlin.

    2. Etiraf edin ki, sevdiyiniz şəxs sizin şəxsi mülkiyyətiniz deyil və onun azad seçim etmək hüququ vardır.

    3. Özünüzün unikallığınızı qəbul edin və özünüzü başqa insanlarla müqayisə etməyi dayandırın.

    4. Özünüzün güclü keyfiyyətlərinizi inkişaf etdirərək özünüzdə əminlik hissini gücləndirin.