Qeyri-adi ixtiraçı bir ata, yaxşı ata ola bilmədiyini düşündüyü üçün onu icad etməyə çalışır.
“Papa” ixtiraçı bir atanın kiçik qızı ilə olan enişli-yoxuşlu münasibətlərindən bəhs edən qısa metrajlı filmdir. Natalie Labarre-nin sevimli illustrasiyaları və animasiyaları ilə ərsəyə gətirilmiş film, üzünüzdə təbəssüm oyadacaq.
Fransa, Kanada, Yunanistran və Braziliya kimi bir çox fərqli ölkənin film festivallarında mükafatlar qazanmışdır. Eyni zamanda Nyu Yorkdakı ailə filmləri proqramına daxil edilmişdir. 6 dəqiqəlik dialoqsuz filmi sizlərə təqdim edirik. Xoş izləmələr!