Portuqaliya bir çox gözəllik və özəllikləri ilə seçilir. Buradakı özəlliklərin biri də qayaların üzərində olan kiçik kənd – Monsantodur. Monsanto portuqal dilindən tərcümədə müqəddəs dağa açılan mənzərə deməkdir.
Monsantonun yaranma tarixi orta əsrlərə gedib çıxır. İlk dəfə 12-ci əsrdə Monsantoda qala tikilib və əsrlər boyu gah fransızların, gah da portuqalların hakimiyyəti altında olub. Həmin dövr ərzində qala dəfələrlə yenidən tikilib-sökülmüşdür, lakin 1853-cü ildən sonra qalada heç bir təmir işləri aparılmamışdır.
Monsantonun özünəməxsus aurası var. Buradakı qayalar, kiçik evlər, güllər bu məkanı nağıllar aləminə bənzədir.