Qarşılıqsız hislər insanın ruhuna vurulan zərbədir. Bu zərbədən insanın özgüvəni sarsılır, psixoloji vəziyyəti korlanır və nəticədə insan özünü depressiyada tapır. Bu ruh halından mümkün qədər tez qurtulmalıdır insan. Necə?
1. Qarşınızdaki insanın sizə heç bir ehtiyac duymadığını dərk edin və qəbul edin.
Bəzən onun sizə qarşı hisslərinin olduğunu düşünürsünüz, daha sonra isə həmin insan yox olur və həftələr tapılmır. Burada hisslər haqqında söz ola bilməz. Onun necə olduğunu və nələr etdiyini soruşmaq istədiyiniz anda özününüzü həmin insanın yerinə qoyun. Axı sizə qəti surətdə ehtiyac duymayan insanın qayğısını nə edəcəksiniz?
2. Diqqətinizi başqa şeylərə verin.
Gözdən uzaq olan, qəlbdən də uzaq olarmış. Onun sosial media hesablarını yoxlamaqdan imtina edin. Bu sizə heç nə qazandırmır. Gələcək həyatınızı düşünün. Nələr etmək istərdiniz? Hansı işlə məşğul olmaq sizi xoşbəxt edər? Arzu və xəyallarınız nələrdir?
3. Dərd ortağınızla söhbət edin.
Qarşılıqsız sevgini dadmış insanlar çoxdur. Sizin indi keçdiyiniz yolu artıq qayıtmış bir insanla söhbət edin. Gördüyünüz kimi, sevgidən ölmür heç kəs.
4. Özünüzə bol-bol zaman ayırın.
Bu dönəmdə əsla pis vərdişlərə yiyələnməyin! Bu kimi şeylər, sizi həmin insanın gözündə aciz edər. Tam əksinə, özünüzə və sağlamlığınıza diqqət edin. Köpüklü vanna, ətrli çay, dadlı yemək, gözəl musiqi, şoppinq, yeni saç düzümü kimi şeylərə vaxt ayırın.
5. İdmanla məşğul olun.
Emosiyalarınızı balanslaşdırmaq üçün ən effektiv yol idmandır. Aktiv həyat tərzinə sahib olun. İdman sizə görə deyilsə, rəqs və incəsənət də digər alternativlərdir.
6. “Bəlkə”ləri ləğv edin.
“Ümid sonda ölür” atalar sözü burada işə yaramır. Əgər insan sizinlə əlaqə yaratmırsa, bunun çox bəsit bir səbəbi var – istəmir. Bunu dərk edin.
7. Üsyan etməyin.
Şəxsi həyatınızda yaşadığınız uğursuz bir təcrübənin yaxşı yönlərini axtarın. Sizi sevməyən bir insanla yaşayacağınız münasibət sizi xoşbəxt edərdimi ki? Həmin insan sizə nələri öyrətdi?
Və bütün bunlara rəğmən sevgidən əsla imtina etməyin. O, mövcuddur və bir gün sizin qapınızı mütləq döyəcək..