Acı çili bibəri
Az miqdarda yeyilən çili bibəri endorfinin əmələ gəlməsinə səbəb olur və əhval-ruhiyyəni qaldırır. Tərkibində olan kapsaisin isə ağrılara qarşı dayanıqlı olmağımıza kömək edir, ancaq çox miqdarda yeyilən zaman çili bibər sərxoş edər və qarabasmalara yol açar.
Qəhvə
Alimlər tərəfindən sübut olunmuşdur ki, kofein qanda kortizolun (stres hormonu) miqdarını qaldırır. Nəticədə cuzi problemlərə belə aşırı reaksiya verməyə başlayırıq. Aparılan araşdırmalar göstərmişdir ki, çox miqdarda kofe içən insanlar qəribə səslər eşidir və tək olduqları halda yanlarında kiminsə və ya nəyinsə olduğunu iddia edir.
Xaşxaş toxumu
Hər bir mətbəxdə xaşxaşa rast gəlmək mümkündür, ancaq ondan aşırı istifadə etmək xeyirə əlamət deyil. Belə ki, xaşxaş toxumu ürək döyünməsini sürətləndirir, panika ataklarına və qarabasmalara səbəb olur. Bundan əlavə aşırı miqdarda qəbul olunan xaşxaş narkotik testinin müsbət nəticə verməsinə belə səbəb ola bilər.
Yetişməmiş giləmeyvələr
Xüsusilə də yetişməmiş tut toksik şirələr ilə zəngindir. Bir ovuc yetişməmiş tut yediyiniz halda qarabasmalar qaçınılmazdır. Yetişməmiş çiyələk də ağlınızı çaşdıra bilər. Hətta yaddaşınızı belə bulandırar.
Muskat qozu
Muskat qozunu şirniyyatlara əlavə etmək olar, ancaq onu çiy halda yemək məsləhət görülmür. Bu qozun 20 qramı belə insanı ürək və həzmlə bağlı problemlərlə üz-üzə qoyar, idarə etmənin pozulmasına səbəb olar və bir neçə saat ərzində qarabasmalara məruz qoyar.