Kainatda kiçik qara dəliklər çoxdur. Onlar supernova adlanan böyük ulduzun partlayış nəticəsində öldüyü zaman meydana gəlir.Bizim “Süd Yolu” adlanan qalaktikamızın mərkəzidir. İndiyədək onun belə təfərrüatlı görüntüsü olmayıb. Bəs o ulduzlar, parıltı yığını? Çox güman ki, onlar çoxdan qeyb olublar. Onlar Süd Yolu-nun qəlbində pusquda duran nəhəng qara dəlik üçün səhər, nahar və şam yeməkləridir.
“Əslində biz qara dəliyi görə bilmirik, çünki adından da göründüyü kimi ora qaranlıqdır. Əvəzində, biz qara dəliyin ətrafındakı cismləri görə bilərik. Cismlər spiralvari hərəkətlə qara dəlikdə qeyb olur. Bu suyun vanna dəliyinə axmasına bənzəyir.”
Milli Elm Fondunun dəstəyi ilə Florida Universitetinin astronomu Stiv Eikenberri və həmkarları yeni növ infraqırmızı teleskop cihazlardan istifadə etməklə qara dəliyi bürüyən əsrarəngiz qatları ayırmaqla – onların necə formalaşdığını müəyyən etməklə məşğuldurlar.
“Biz, həqiqətən, çıxılmaz vəziyyətə düşmüşük və bu astrofizikanın möhtəşəm sirlərindən biridir. Bu nəhəng kütləli qara dəlik necə yaranıb və nə üçün qalaktikalarda bu qədər çoxdur? Demək olar ki, hər bir qalaktikada var”.
O, strukturunın mürəkkəb olmadığını deyir.
“Qara dəliyi araşdırdığınızda əslində çox sadə şeydir. Hər hansı bir obyektin cazibə qüvvəsi güclü olarsa, hətta işıq onun cazibəsindən qurtula bilməz.”
Ancaq işin incə nöqtəsi, onlar var olduqları qalaktikalara göstərdikləri təsirdir. Eikenberri bir çox suallara Çilidəki Gemini cənub rəsədxanasındakı yeni qurulmuş alətlə cavab tapmağa çalışır.
“Görəsən, bu superkütlə qara dəlik kainatın ortasında doğulub? Və ya ilk dəfə onlar kiçik həcmdə meydana gəlib sonra necəsə birləşərək ya da genişlənərək ətrafdakı cismləri udaraq böyüyüblər?”
Eikenberri, həmçinin “mükəmməl kütlə” adlanan kiçik qara dəliklər üzərində araşdırma aparır.
Kainat bu qara dəliklərlə doludur. Onlar supernova adlanan böyük ulduzun partlayışı nəticəsində öldüyü zaman meydana gəlir. Bu böyük ulduz Tarantula Nebuladakı ulduzlarla, demək olar ki, eynidir.
“Belə çıxır ki biz qara dəlik haqda çox araşdırma aparmırıq, ancaq proses özü qara dəliyin necə formalaşmasına gətirib çıxarır.”
Eikenberri deyir ki, kiçik ya da böyük qara dəliklərin funksiyaları eynidir. O ümid edir ki, onun araşdırmaları qara dəliyin necə işləməsinə işıq salacaq.