Qar bayquşu (Bubo scandiacus) bayquşkimilər ailəsinin tundralarda yaşayan ağ növüdür .Böyük sarı gözləriylə tanınan bir quşdur . Uzunluğu 60sm ,qanad açıqlığı 125-150 sm olub uzun və genişdir. Yetkin erkək bayquşlar demək olarki ağdır. Gənc bayquşlar isə iri və  ləkəli olur .

Qar bayquşunun fərqli səsləri vardır. Çıxardığı səslər eyni ilə ördək səsinə bənzəyir : krek-krek-krek və pyeee-pyee-pyee

Şimal qütb bölgəsinə yaxın tundralarda yaşayan bu quşlar bəzən Avrasiya və Şimali Amerikanın cənubuna doğru gələr . Yırtıcı quş olan qar bayquşu gəmiricilər və kiçik məməlilərlə qidalanır. Onların yuvaları açıq yerlərdə və torpaq üstündə olur . Dişi qar bayquşu yuvaya  5-14 yumurta qoyar  .

Qar bayquşunun gözlərində bənövşəyi kimyəvi maddə vardır . İnsanların bir işıq parıltısını gördükləri yerdə , bayquş ordakı cismi bütövlükdə görər . Bütün quşlarda üst göz qapağı altdakına gəldiyi halda bayquşlarda bu əksinədir .