Britaniyalı alimlər inqilabi ixtiraya imza atıblar. Belə ki, qan analizi vasitəsi ilə insanın nə qədər ömür sürəcəyi, hansı xəstəliklərə tutulacağı və nə qədər tez qocalacağını müəyyən etmək olar.
Londonda Kral kollecinin tədqiqatçıları onların yeni metodunun səhiyyədə geniş perspektivlər açacağına ümidvardırlar. Testlər vasitəsilə hələ uşaq ikən keçirəcəyi xroniki xəstəliklər barədə məlumat alınır. Beləliklə, profilaktik tədbirlər aparmaqla yaşlanan zaman xəstəliklərdən sığortalanmaq olur.