9. Mahatma Qandi

‘Qadını “zəif cins” olaraq görmək bir böhtan və kişilərin qadınlara qarşı etdiyi haqsızlıqdır. Əgər güc dedikdə kobud qüvvət nəzərdə tutulursa, əlbəttə qadınlar kişilərdən daha az vəhşidirlər, ancaq güc əgər əxlaqi bir gücdürsə, o zaman qadınlar kişilərdən düşünə bilməyəcəyiniz qədər üstündür. Qadınlar bizdən daha fədakar, daha cəfakar, daha cəsur insanlar deyilmi? Qadınlar olmadan kişilər ola bilərmi?’


8. Məhəmməd Əli Cinnah

‘Qadınlar kişilərlə birlikdə hərəkət etmədikcə heç bir millət zəfərə çata bilməz. Qadınları bir məhbus kimi dörd divardan ibarət bir evin içərisinə məhkum etmək insanlığa qarşı işlənmiş bir cinayətdir. Bizim qadınlarımıza layiq gördüyümüz bu cəzadan daha böyük bir cəza heç bir cəza qanununda ola bilməz. ‘


7. Shimon Peres

‘Orta şərqdə demokratiyanın önündəki ən böyük maneə nədir bilirsinizmi? Ərlər… Onlar vərdişlərinin əsiri olublar. Artıq ənənəvi həyat tərzini dəyişmə vaxtı gəlib. Artıq hər kəs dəyişməlidir. Əgər qadınlara bərabər hüquqlar verməsəniz, irəliləyə bilməzsiniz. ‘


6. Nelson Mandela

‘Qadınlar bütün təzyiq və zülm zəncirlərindən xilas olmadıqca azadlıqdan bəhs edilə bilməz.’


5. Barak Obama

‘Xeyr .. Qadınların təməl hüquqlarını əlindən alıb buna “din azadlığı” deyə bilməzsiniz. Heç kimi sizin inanclarınıza görə hərəkət etməyə məcbur edə bilməzsiniz. ‘


4. Toshiko Kishida

‘Əgər kişilər fiziki olaraq daha güclü olduqları üçün qadınlardan üstündürsə o zaman hökuməti nə üçün Sumo güləşçiləri idarə etmir?’


3. Kofi Annan

‘Gender bərabərliyi yalnız bir hədəf deyil. Gender bərabərliyi, yoxsulluğu azaltmanın, davamlı bir inkişaf yaratmanın və doğru idarəetmə meydana gətirmənin təməlidir. ‘


2. Michelle Bachelet

‘Bir ölkənin iqtisadiyyatı bəşəri sərmayəsinə dayanır. Əgər qadınlara kifayət qədər səhiyyə, təhsil və iş imkanları təqdim etmirsinizsə, potensialınızın yarısını itirəcəkdir. Gender bərabərliyi və qadın hüquqları iqtisadi inkişafın təməlidir. ‘


1. Thomas Jefferson

‘Bu həqiqəti aşkar qəbul edirik: Bütün insanlar yaradan tərəfindən bərabər yaradılmışdır və bəzi hüquqlara malikdirlər. Yaşamaq, azadlıq və öz xoşbəxtliyini axtarmaq haqqı belə haqlardandır. ‘