Dəb daim irəliləməkdədir və bəzən biz xanımlara elə gəlir ki, ona ayaq uydurmaq mümkünsüzdür, ancaq bu belə deyil.. Bütün zamanlara səs salmış elementləri qarderobumuza daxil edərək, dəb ikonasına çevrilə bilərik! Dünya dəbinə səs salmış elementlərin siyahısını sizinlə paylaşırıq. Qeyd edin!
Stiletto
«Qadına düzgün ayaqqabıları verin, o dünyanı fəth edə biləcək». © Marilyn Monroe
Qələm ətək
«Qələm ətəkdə olan qadın hər zaman diqqət mərkəzindədir». © Giorgio Armani
Jins
«Həyatım boyu yalnız bir şeyin peşimanlığını çəkəcək – jinsi mən icad etmədim». © Yves Saint-Laurent
Ağ köynək
«Soruşsanız ki, mən nəyi icad etmək istərdim, “ağ köynək” deyə cavab verərəm. Mənim üçün köynək hər şeyin əsasıdır. Qalanlar – ikinci dərəcəlidir». © Karl Lagerfeld
Kiçik qara don
«Kiçik qara donda siz hər bir situasiyaya uyğun görünəcəksiniz və heç kəs sizi uyğunsuzluqda ittiham edə bilməyəcək». © Karl Lagerfeld
Kardiqan
Sərin havalarda özünüzü Şanelin yaratdığı kardiqanın qucağına buraxın.
Qara dəri gödəkçə
Qara rəng eleqantlığın, füsünkarlığın və aristokratlığın rəmzidir. Yves Saint-Laurent demişdir: «Gözəl olmaq üçün qadına qara köynək, qara ətək geyinmək və sevdiyi kişi ilə qol-qola getmək kifayətdir». Əmin olun, qara köynəyi dəri gödəkçə ilə əvəz etsək effekt eyni olaraq qalacaqdır.
Uzun ətək
Uzun ətəklər hər zaman qadın geyimlərinin ən romantik elementi olaraq qalacaqdır.
Uzun boğazlı sviter
«Uzun boğazlı sviter hər bir vəziyyətdən mükəmməl çıxış yoludur». © Yves Saint-Laurent