Mikroorqanizmlər ayaq yolundan çox qadın çantasında yaşayır. Bu haqda məlumat Britaniya təşkilatı Initial Washroom Gigiyena üzvləri tərəfindən qeyd edilmişdir, The Daily Mail yazır.
Yoxlamalar göstərir ki hər 5 çantadan biri sağlamlıq üçün təhlükə yaradan bir bakteriya evidir. Beləliklə çantada ən çirkli sayılan Əl Kremidir: ən çox bakteriya krem qabına toplanır. Onun arxasınca isə pomada və tuşdur.
Ən təhlükəli dəri çantalardır, belə ki dəri məsaməli strukturu olan çantalar mikrob artımına kömək edir. Ekspertlər qadınlara tez-tez əlləri yumağı və antibakterial maddələr ilə çantaları təmizləməyi məsləhət görür.
Bundan əlavə, eyni araşdırmaya görə, mətbəxin üstü təhlükəli bir şəkildə çirklənir – orada bağırsaq çöpləri bakteriyaları yaşayır. Həmçinin patogen bakteriyalar quruducu olan yerlərdə daha rahatlıqla çoxalır.
Ofis avadanlığı təchizatı ilə məşğul olan Viking şirkətinin əvvəlki işçiləri, kompüter masası, klaviatura, telefon və monitorlar kimi ofis avadanlıqlarının bakteriyaların çoxalması üçün münbit mühite malik olduğunu bildirmişdir.