Nobel Mükafatına layiq görülən adlar açıqlanmağa başlayıb, digər tərəfdən də mükafat komitəsinin tərəfsizliyi müzakirə mövzusuna çevrilib. Komitə son olaraq, Kolumbiya prezidenti Xuan Manuel Santosun 2016 Nobel Sülh Mükafatına layiq görüldüyünü açıqlamışdı.
Alimlər isə Nobel mükafatına gedən yolda qadınların və azlıqların qiymətləndirmədə diskriminasiya olunub olunmadığını müzakirə edir.
Statistik məlumatlar bu barədə nə söyləyir, müzakirənin haqlılıq payı var mı gəlin buna birlikdə baxaq.
Fizika sahəsində mükafat alan qadın alim sayı yalnız iki nəfərdir
Bu günə qədər fizika sahəsində 203 alimə Nobel Mükafatı verilib; ancaq bunlardan yalnız ikisi qadındır. Marie Curie 1903-ci ildə bu mükafata layiq görülərkən 1963-ci ildə isə bu mükafat Maria Goeppert-Mayer’a verildi.
Bu fakt nəzərə alındığında Nobel Mükafatlarında “qadın problemi” olduğunu söyləmək yalnış olmaz. Bir çox elm adamı da bu rəqəmlərin mükafatların dəyərləndirilməsi müddətində təməl bir problemi vurğuladığını qeyd edir.
Nobel daha çox Avropa mənşəli elm adamlarından yanadır
CNN Live Science-a əsaslanan xəbərdə fizikaçı yazar Matthew Francisin bu mövzudakı qiymətləndirmələrinə yer verir.
Nobel Mükafatlarının daha çox Avropa mənşəli elm adamlarından yana olduğunu vurğulayan Francis, qiymətləndirmələrdəki bu subyektivliyin əslində qadınlar və azlıqların tənzimlənməsindən imtina mənasına gəldiyini və bunun olduqca böyük bir problemə işarə etdiyini irəli sürür.
Vera Rubin- haqsızlıq edilib?
Nobel Mükafatlarında getdikcə artan ictimai əlaqələr problemi olduğunu vurğulayan nəzəri astrofizik Chanda Prescod-Weinstein və bir çox elm adamı bu mövzu ilə əlaqədar ictimai mediadan da səslərini çatdırmağa çalışır. Vera Rubin nümunəsini önə çıxararaq Twitter’da başlanan #NobelforVeraRubin etiketi diqqəti cəlb etməyə davam edir.
88 yaşındakı fizikaçı Rubin, qalaktikaların dönmə formasında əhəmiyyətli dərəcədə bir anomaliya şahidliyini və bunun da “qaranlıq maddə” nin varlığına bir dəlil xüsusiyyətində olduğunu irəli sürdü. Bir çox elm adamı bu fikrin mükafata layiq olduğunu düşünsə də Rubin-ə fizika sahəsində bir Nobel mükafatı verilmədi.
Kimyada da vəziyyət bundan fərqli deyil. Nobelə layiq görülən 171 addan yalnız 4-ü qadındır
Nobel alan qadın alim sayının az olduğu tək sahə fizika da deyil üstəlik. Nobel Komitəsinin saytına görə, kimya sahəsində Nobel Mükafatına layiq görülən 171 insandan yalnız 4 nəfəri qadındır: Marie Curie (1911), Curie’in qızı Irène Joliot-Curie (1935), Dorothy Hodgkin (1964) və Ada Yonath (2009)
Yalnız üç nəfərin mükafatlandırılması bir çox adamın çalışdığı layihələr üçün ədalətsizlik meydana gətirir
Bir çox elm adamının söylədiyinə görə bu vəziyyət, Nobel Mükafatlarının quruluşundakı bəzi məhdudiyyətlərlə açıqlana bilər. Məsələn, bəzi elmi uğurların təsirlərini ölçüb qiymətləndirmək olduqca çox zaman ala bilir və bu səbəblə bəzi araşdırmaların mükafatlandırılması onlarla il sonra reallaşa bilir.
Elm adamları əsasən mükafatlandırmada “3 nəfər” qaydasına diqqəti cəlb edir: Nobel Komitəsi, bir sahədə maksimum 3 nəfəri mükafatlandıra bilir ki bu da tərkibində daha çox insanın olduğu elmi işlərə olduqca tərs bir yanaşmadır.
Tibb və ədəbiyyatda isə digər sahələrə görə nisbi fərqlilik mövcuddur
Qadınlar, tibb və ədəbiyyat sahəsində digər sahələrə nisbətən bir az daha çox mükafata sahibdir; lakin bu rəqəmlər də olduqca azdır. Tibb sahəsində mükafat alan 211 elm adamından 12-i qadın, ədəbiyyat sahəsində isə bu rəqəm 112 nəfərdə 15 qadın olaraq qalır.