Əbəs yerə deyil ki, Pekini şahmat lövhəsi ilə müqayisə edirlər. Divarlar Pekini dörd hissəyə bölür: xarici, daxili, imperator və qadağan olunmuş şəhər. Daxili şəhərdə yalnız adlı-sanlı feodallar yaşayırdılar.
Burda sadə əhalinin nəinki yaşamağına hətta gecələməyinə belə qadağa qoyulmuşdu. Uğursuzlara burada yer yox idi. Qadağan olunmuş şəhər – bu tikililərin böyük hissəsidir. Özündə canlı təbiətin elementlərini birləşdirir. Şəhərdə körpülər, məbədlər, şəlalələr və.s var. Qadağan edilmiş şəhərin bütün tikintiləri əsas oxda arxitektura ənənəsinə uyğun olaraq yerləşir – şimaldan cənuba. Şəhər 1406-1420-ci illərdə İmperator Çju Dinin əmri ilə salınmışdır. Şəhər yalnız imperatorlar üçün idi.
Çin dilində tam adı “Sziszinçen” – al-qırmızı yasaq şəhəri. Daha sonra bu arxitektura ansamblı Ququn (Köhnə saray) adını alır. XV əsrdən o Min və Sin sülalələrinin imperatorlarının daimi iqamətgahı oldu. Bəzən onu Al-qırmızı adlandırırlar və həqiqətən, Yasaq şəhərin divarları al-qırmızı rəngdə idi. Al-qırmızı şəhərə sadə camaatın yaxınlaşmağı yasaq idi, onlar yalnız uzaqdan günəşin şüalarında parıldamış çoxsaylı sarayların qızılı damlarına tamaşa edə bilirdilər. Şəhərə daxil olan imperatorlar şəhərin böyüklüyünə, əzəmətinə mat qalırdılar. Ququn şəhəri ilə tanışlıq əsasən Tyumen sahəsindən başlanır. Min sülaləsinin dövründə ora inzibati mərkəz idi.
Ququn şəhərində şəhərin mərkəzində böyük tunc çənlər var. Tikililərin çoxu tuncdan olduğu üçün yanğında bu çənlərdən istifadə olunurdu. Qışda ocaq qalayırdılar ki, çənlərdə su donmasın, çünki istənilən vaxt o lazım ola bilirdi. Ququn şəhərində 9.999 məkan var. Bu rəqəm təsadufi deyil, əfsanəyə görə imperatorun sarayının 10 min otağı vardı və birini istifadədən kənarlaşdırdığı üçün o otağı saya salmamışdı.
1937-ci ildə şəhər yaponlar tərəfindən qarət edildi. 1949-cu ildə şəhər xəzinəsinin müəyyən hissəsini Tayvan millətçiləri daşıdılar. Şəhərdə olan xəzinələrin qiyməti təsəvvür edilməzdir, çoxu əl əməyidir. Hazırda Ququn şəhəri muzey kimi istifadədir. Bura gələn turistlərin sayı sonsuzdur. Muzeydə mozaik şəkillər, peyzajlar, Qədim Çin Operasından 900 süjet mövcuddur. Ən əsası bu böyüklükdə şəhəri gəzməyin özü bir fərəhdir.