Bu məqaləmizdə sizə dünya ölkələrində qadağan olunmuş kompüter oyunlarından bəhs edəcəyik. Hansı oyunlar hansı ölkələrdə qadağan olunub və səbəbləri nədir? Xəbərin “Gamer”lər üçün daha çox maraqlı olacağını düşünürük. 🙂 Sizə təqdim edəcəyimiz siyahıda 10 oyun yer almışdır.
KZ Manager Millennium
Qadağan olunan yer: Almaniya. “Imagine Games Network” jurnalına görə, bu oyun “ən faydasız oyunlar” siyahısına daxildir. Lakin Almaniyada qadağan olunması onun faydalığı ilə bağlı deyil. Ölkə qanunlarına əsasən, Üçüncü Reyxin hər hansı simvollarından elmi konteksdən kənar istifadə qadağandır. Oyundakı hadisələr həbs düşərgəsində baş verir. Əsas qəhrəman gözətçidir və onun vəzifəsi repressiv tədbirlər istifadə edərək məhbusları işləməyə məcbur etməkdir. Maraqlıdır ki, Almaniyada qadağan olunmasına baxmayaraq, oyunun bir çox versiyaları məhz alman dilindədir.
Mortal Kombat
Qadağan olunan yer: Almaniya, Cənubi Koreya. Tarixdə “18+” reytinqli ilk oyun. Maraqlıdır ki, tərtibatçılar Jan Klod Van Damın iştirakı ilə bir oyun yaratmaq istəyiblər, lakin tək “döyüş” janrından istifadə ediblər. Zorakılıq səhnələrinə görə “Mortal Kombat”ı çox tənqid ediblər, lakin o, tarixdə ən məhşur oyunlardan biri kimi qalır. Onun əsasında çoxsaylı filmlər, komikslər, gizgi filmləri, hətta seriallar belə çəkilib.
Football Manager 2005
Qadağan olunduğu yer: Çin. Oyunda Tibet fərqli ölkə kimi göstərildiyi üçün Çində qadağan olunub.
Grand Theft Auto
Qadağan olunan yer: Tayland, Malayziya, BƏƏ, Braziliya. Oyunda şəhər ətrafında hərəkət edib istənilən hər şeyi etmək olar — maşın və vertolyot qaçırmaq, yoldan keçənləri qarət etmək, onları döyərək öldürmək, müxtəlif növ silah, hətta tanklardan istifadə etmək və s. Məhz bu səbəbdən, bir çox ölkələrdə bu oyun “yalnız böyüklər üçün” nəzərdə tutulub. Brazilyanın oyunu qadağa etmə səbəbi həm də brazilyalı müğənninin mahnısından icazəsiz istifadə edilməsidir.
Battlefield 4
Qadağan olunduğu yer: Pakistan. Oyunun qadağa olunma səbəbi pakistanlıların pis adam kimi göstərilməsidir.
Postal
Qadağan olunan yer: Yeni Zelandiya, Avstraliya, Malayziya, Almaniya. Oyun yaradıcıları onun üzərinə “13 ölkədə qadağandır” yazısını fəxrlə yerləşdiriblər. Qanun tərəfdarlarının fikrincə, oyunda narkotiklər, kütləvi qətllər, müxtəlif din və azlıqlara qarşı pis rəfdar təbliğ olunur. Bəzi ölkələrdə oyunda yaş məhdudiyyəti istifadə olunub. Oyun yaradıcıları bəyan edirlər ki, oyundakı hər bir işi — istər çeki nağdlaşdırmaq olsun, istər camaşırxanaya getmək, hamısını sakit tərzdə və zorakılığa əl atmadan etmək olar, lakin oyunbazlar oyunun yaratdığı digər “qeyri-qanuni” üsulları daha çox sevirlər.
Bully
Qadağan olunan yer: Braziliya. “Yahoo!” portalına görə, bu oyun “10 ən ziddiyyətli kompüter oyunları” siyahısına daxildir. Hadisələr təhsil müəssisəsində baş verir. Yeniyetmə Jimmi “kəllələr”, “xuliqanlar”, “majorlar”, “nəhənglər” və s. digər qruplaşmalar arasında özünü müdafiə etməlidir. Bunun üçün o, boya balonlarından, roqatkadan, fişənglərdən və s. əşyalardan istifadə edə bilər. Bundan başqa, qəhrəman hər iki cinsə aid həmyaşıdlarını öpə bilər. Braziliyada bu oyunu yetkinlik yaşına çatmayanlar arasında zorakılıq təbliği kimi qiymətləndiriblər. Ölkədə onun paylanması üçün min dollar məbləğində cərimə tətbiq olunub.
EA Sports MMA
Qadağan olunan yer: Danimarka. Tez bir zamanda bu oyun qaydasız döyüş sevənlərin arasında ən populyar oyununa çevrildi. Oyundakı virtual döyüşçülər özünü qorumaq və hücum etmək üçün bütün döyüş növlərindəki fəndlərdən istifadə edə bilirlər. Oyunun Danimarkada qadağan edilməsi isə ani xəbər oldu. Hakimiyyət oyunda ölkə ərazisində qeyri-qanuni hesab olunan energetik içkilərin olduğunu tapdı. Yaradıcılar bildirdilər ki, bu, reallığa uyğundur və içki olan səhnələri kəsməkdən imtina etdilər. Nəticədə, Danimarka sakinləri məhşur oyunsuz qaldılar.
Counter – Strike
Qadağan olunan yer: Brazilya. Oyunda demokratiya və dövlətçilik əleyhinə görüntülər olduğu üçün Brazilya hökuməti bu oyunu öz ölkəsində qadağan edib.
Company of Heroes 2
Qadağan olunan yer: Rusiya. Bu oyunun qadağasının səbəbini çoxları üçün qəribədir. Belə ki, oyunun məhdudlaşdırılmasını istifadəçilər özləri xahiş ediblər. Rusiyalı oyunçular oyundakı ssenarini bəyənmədilər. Süjetə əsasən, sovet əsgərləri bir-biriləri ilə savaşmalı və öz soydaşlarının evlərini yandırmalıdırlar. Oyun istifadəyə buraxılan kimi onun qadağan olunması üçün petisiya imzalanmasına başlanıldı. Nəticədə, strategiya oyunu istehsalçısı öz məhsulunu MDB ölkələri ərazisində sata bilmir.