Fil Xəstəliyi (Elefantiyazis) – Genişləyən üzvlər
Elefantiyaz olaraq bilinən Lenfatik filaryaz, ən çox kobudca genişlənmiş ya da şişmiş ayaqlar və qollara sahib dramatik insan fotoşəkillərindən bilinir. Gerçəkdə fil xəstəliyi, tropik bölgələrdə görülən bir parazit xəstəliyidir. Bu xəstəliyə Wuchereria Bancroft, Brugia mala və B.Timor kimi ağcaqanadlar tərəfindən daşınan parazit qurdlar səbəb olar.
Progeria – 80 yaşındakı uşaq sindromu
Progeria-ya bir uşağın genetikasındakı kiçicik, sadə bir qüsur səbəb ola bilər amma dağıdıcı və həyatını dəyişdirən nəticələrə yol açar. Bu xəstəliklə doğan bir uşaq təxmini 13 yaşında ölmüş olur. Bədənləri normal yaşlanma müddətinə görə daha sürətli yaşlandığı görüldüyü kimi, ümumiyyətlə erkən saç tökülməsi , ürək xəstəliyi , kövrəkləşən sümüklər və fiziki simptomları baş verir.Progeria nadir görünən bir xəstəlikdir. Dünyada yalnız bu xəstəlilə yaşayan 48 insan var. Bununla yanaşı 5 uşağı bu xəstəliyə sahib bir ailə vardır.
Qurdadam sindromu – Qurd insanlar
2 yaşındakı Abys DeJesus’ın üzündə tünd etlər çıxdığında, həkim vəziyyətinin Qurdadam sindromu olaraq bilinən xəstəlik olduğunu söyləmişdi. Xəstəliyə Qurdadam sindromu deyilir, çünki xəstə olanlar iti dişlər və pəncələr xaricində də qurdadama bənzəyirlər.
Pika adlı nadir görülən bir xəstəliyə tutulan Kerry Trebilcock, bu günə qədər 4 min süngər və 100-ə qədər sabun yeyib. Yeyilə bilməyən maddələri yemə istəyi oyandıran Pika xəstəliyindən əziyyət çəkən Trebilcock, süngəri müxtəlif souslar və ədviyyatla və ya içkilərinə batıraraq yeməyi sevir. Yediyi sabunların isə meyvə aromalı olmasına diqqət edir. 21 yaşındakı tibb bacısı, 2008-ci ildə Fasa etdiyi bir səyahətdə qurd dişlədiyi üçün tutulduğu xəstəliyinin ardından süngər və sabun yeməyə başladığını söyləyir.