Karmen Blendin Tarletonun üzünü əri kimyəvi maddə – qələvi ilə yandırıb.
məlumata görə, qadının əri Herbert Rocers arvadını şikəst hala saldığı üçün təqsirli bilinərək 30 il həbs cəzasına məhkum edilib.
Tarletonun keçmiş həyat yoldaşı Rocers arvadının başqa kişi ilə görüşdüyünü ehtimal edib və qisas almaq üçün onun evinə yollanıb. Gələnin oğru olduğunu sanan Tarleton, qorxudan oğruya nə istəsə ona verəcəyini bildirib. Bunu eşidən Tarletonun əri qəzəblənərək onu ağacla döyüb, gözünün birini yaralayıb və qolunu sındırıb. Özü ilə gətirdiyi kimyəvi maddəni – qələvini Tarletonun üzünə töküb.
Üzü tamamilə korlanan Tarleton qadın donorun köməkliyi ilə üz transplantasiyası keçirib. Onun boynu, burnu, dodağı, üz əzələləri, damarları və sinirləri yenisi ilə əvəz olunub. Hadisə nəticəsində qadının bədəninin 80 faizi yanıb, gözünün biri kor olub. Tarleton özü transplantasiya üzrə tibb bacısı işləyib. Dərisinin bərpası üçün 50-dən çox əməliyyat keçirib. Əməliyyat sayəsində onun dərisi və gözünün birinin görməsi bərpa olunub. Sonuncu əməliyyat 30-dan çox tibb peşəkarlarından ibarət komanda ilə 15 saat çəkib.
Baş həkim Bohdan Pomahak bildirib ki, bu, onun karyerası müddətində rastlaşdığı ən dəhşətli xəsarətdir.
“Düşünürəm ki, o, gözəl görünür, mən qərəzli deyiləm” – transplantasiya olunduqdan sonra Tarleton təbəssümlə yeni görüntüsünə işarə edərək bildirib.