Günə «İlk öncə qəhvə!» devizi ilə başlayanlar, məqaləni diqqətlə oxuyun. Burada sevdiyiniz içki haqqında heç yerdə oxumadığınız faktlara rast gələcəksiniz.
- Aparılan araşdırmalar göstərmişdir ki, müntəzəm olaraq qəhvə içən insanlar digər insanlardan fərqli olaraq intihara meyilli deyildir. Səbəb isə çox sadədir: kofein orqanizmdə serotinin və dofamin ifrazına təkan verir. Bu hormonlar isə birbaşa emosiyalar ilə əlaqəlidir.
- Qəhvə yalnız tənbəl insanları aktivləşdirir. Aktiv insanları isə əksinə passivləşdirir. Bu həqiqətin üstünü siçovullar üzərində aparılan araşdırma açmışdır.
- Qəhvə kişilərdən çox qadınlara müsbət təsir edir.
- Sərxoşluqdan sonra qalan baş ağrısının dərmanı məhz qəhvədir. Baş ağrısının səbəbi etanolun təsiri nəticəsində asetatın yaranmasıdır. Qəhvə isə asetaldehidin asetata dönüşməsinə maneə olur və beləliklə baş ağrısını blok edir.
- Qəhvədən çay dəmləmək mümkündür. Qəhvənin yarpaqlarından dəmlənən çayın tərkibi adi çaya nisbətən daha faydalıdır. O, şəkərli diabet xəstəliyinin və ürək xəstəliklərinin qarşısını alır.
- Hər şeyin artığı ziyandır deyirlər. Yetişkin sağlam insan üçün qəhvənin gündəlik dozası ortlama 400 milliqram təşkil edir.
- Kofein hadisələrə başqa pəncərələrdən baxmağa kömək edir. Birbaşa beyinə təsir göstərdiyi üçün qəhvə, adi hallarda razılaşmayacağınız fikirlərlə razılaşmağınıza səbəb olur.
- Dünyanın ən bahalı qəhvəsi Taylandda filin nəcisindən hazırlanır. Fillər qəhvənin tumları ilə yemlənir. Bundan əlavə onlara banan və şəkər qamışı verilir. Fil bütün bunları 15-30 saat ərzində həzm edir. Sonrasını bilirsiniz.. Bu qəhvənin kilosunun qiyməti $1100 təşkil edir. Bir fincan için dadına baxmaq istəsəniz isə $50-dan keçməli olacaqsınız.