Müasir dövrdə hər birimiz pulun dalınca qaçır və onun bizi xoşbəxt edəcəyini düşünürük. Axı dünyada ödənişsiz əldə edə biləcəyimiz bir sürü sevinclər var!
- Keçən mövsümdən qalmış gödəkçəmizdə pul tapmaq
- Alarm çaldıqdan sonra, bu gün heç bir yerə getməyəcəyimizi xatırlamaq
- Uşaqlıqdan tanış olduğunuz bir qoxunu yenidən hiss etmək
- Uzun müddət ac qaldıqdan sonra sevdiyiniz yeməyi dadmaq
- Valideynlərimiz sağlam olduqlarını bilmək
- Uşaqlıq dostlarımızı tapmaq və onlarla yenidən görüşmək
- İdeyamızın işə yaradığını anlamaq
- Valehedici mənzərəni seyr etmək
- Ürəkdən gülmək
- Sevdiyiniz adamı bağrınıza basmaq
- Təmiz bir yataq dəstində uzanmaq
- İctimai nəqliyyatda bir körpənin bizə gülümsədiyini görmək
- Yorucu bir günün sonunda bol köpüklü duş almaq
- Evdə olduğunuz bir gündə yağan yağışdan sonra qalxan torpaq qoxusunu içimizə çəkmək
- Bir zamanlar sevdiyiniz musiqiyə yenidən rast gəlmək
- Günəşin çıxmasını və ya batmasını izləmək
- Kimsəsiz insanlarla geyimlərimizi və yeməyimizi paylaşmaq
Bəs sizi nə xoşbəxt edir?