Həftənin fəryadı
Mәndәn sorsalar, Bakıda әn yaxşı şey nәdir? Mәn hazırcavab bir adam olmasam da, deyәrәm ki, Bakıda әn yaxşı şey aydınlıq gecәlәrdir! Hәqiqәt, bu vaxtadәk Bakıda aydınlıq gecәlәrә diqqәt etmәyibsinizsә, dürüst diqqәt ediniz: nә gözәl, nә lәtif, nә qәdәr әzәmәtli gecәlәr görәrsiniz.
İndi әsil vaxtdır. Ay getdikcә böyüyür, getdikcә gözәllәşir; böyüdükcә hissiyyat artırır.
Bunu da әlavә edәlim ki, Bakıda Kaspi dәryası olmasa idi, Qәmәrin dә bir o qәdәr hüsnü, lәtafәti olmaz idi!
Bu axşam hәqiqәtən, dәrya kәnarına çıxınız: ya Naberejnidәn dәryaya, dәryada duran, ya gәlәn, ya gedәn paraxodlara, ya xeyr, balaca lodkalara – “әcәl çömçәlәrinә” bir dürüst diqqәt ediniz.
Pulunuz varsa, faytona minib Bayıla gediniz, әtrafı oradan seyr vә tamaşa ediniz, ya xeyr, Lovis paraxoduna bir neçә şahı verib dәnizә çıxınız, görünüz әtraf nә gözәl mәnzәrә әxz edir.
Şübhәsiz, sizә dә bәzi hissiyyati-aliyәdәn nәsibәlәr olacaqdır.
Bu vaxtadәk mәhәbbәt nә olmağını bilmirdiniz, hiss etmirdiniz isә, indi bilәcәksiniz, hiss edәcәksiniz.
Gündüz mәşәqqәtdәn qurtarandan sonra bir az rahat olmaq istәsәniz, Bakıda tәmiz hava çәkib cisminizә, ruhunuza, ağlınıza bir növ asudәlik, rahatlıq verә bilәrsiniz….
Hәqiqәtən, vəziyyət çox çәtindir: sәhәrdәn axşamadәk “çırt-çırt” bir hesabdır, davam edir; bәli, filan xozeyin bu qәdәr mazut istәyibdir, putu filan qәpikdәn, edәr min neçә manat, ya xeyr, filan ağanın vekselinin günü tamamdır, gәrәkdir prosent alına, ya dәyişdirilә, ya filanın vekselini protest etmәk, yәni evini yıxmaq….
Bәli, çotki әlinizdә çırt-çırt işlәyir.
Bir çotki “çırtlasa” yenә yaxşıdır, yoxsa dәftәrlәri oxumaqdan, yazmaqdan, “gözünüzün qarası gedәr”.
Onsuz da burada göz ağrısı çoxdur, “gözlәr zәifdir”, әlildir, bir az da çox işlәsәniz, göz hәkimlәrini Bakıdan qaçırarsınız.
Belә çәtin, “göz qarası” aparan zәhmәtlәrdәn sonra hansı “insaflı” adam cürәt edib sizә deyә bilәr: a filan, hәrdәnbir qәzetәyә dә bax.
Xeyr, bu sizin haqqınızda böyük zülmdür. İnsana göz bir kәrә verilәr. Gözün dә zәiflәşәndәn sonra nәyә lazımsan?
Saqqal deyil ki, hәna, ya rәng qoyub hәmişә cavan görünәsәn, zarafat etmәk olmaz, bu gözdür, әfәndim.
Hәmçinin ağıla, ruha da çox zәhmәt vermәk olmaz. Sәhәrdәn axşamadәk oturub fikir edirsiniz: nә tövr etmәk ki, bir milyon iki milyon olsun, ya mağazanı böyütmәk, ya xeip, bir mәrtәbә evi iki-üç mәrtәbә qaldırmaq.
Belә fikirlәri edib ağlınızı çox işlәdirsiniz, sonra “çox dәrin” fikirlәrdәn başınız ağrıyar, “başınıza hava gәlәr”. Arximed dә hamamda oturub fikir edirdi, nә sәbәbә insan suya girәndә yüngül olur….
Axırda bu mәsәlәni hәll edә bilib sәbәbini tapdı, tapdığı üçün sevindiyindәn çılpaq-çılpaq hamamdan küçәyә çıxıb qaçmağa başladı. “Evrika, evrika”, yәni tapdım, tapdım, deyә-deyә küçәdә qaçırdı. Bu surәtdә biçarә Arximed özünü “biabır” etdi. Çox adam dedi ki, kişi dәli olubdur. Ancaq “bir biabırçılıq” etdi ki, indi dә adı bütün ülәmanın dilindә hörmәtlә yad olunur. Dünyada mәşhur olubdur….
Mәn qorxuram siz dә çox fikir edib axırda adınız cәnab Vittenin finans dәftәrinә keçә, sonra Rusiyaya borc pul lazım olanda sizi çәkәlәr meydana vә deyәlәr: indi bizә öyrәt nә tövr bir milyonu iki milyon elәyirdiniz, yainki bir mәrtәbә evi birdәn-birә üç mәrtәbә qaldırırdınız….
Hәr halda ehtiyatlı olmaq, çox da ağlınıza zor vermәmәk faydadan xali deyildir. Ondan savayı, sәhәrdәn axşamadәk belә işlәrin barәsindә fikir edirsiniz, bu yolda zehninizi yorursunuz, çalışırsınız, çabalayırsınız, mәqsudunuza çatmayanda qanınız xarab olur, ruhunuz da inciyir.
Bir gün belә, iki gün belә, iki gün, iki ay, bir il, on il, ömrümüz olduqca belә halәtdә olmaq mümkün deyil. Buna bәdәn, zehin, ruh tab gәtirmәz; axırda çox xarabçılıq olar. Yәni, nә ola bilәr?
Hәrgah bir şeydәn söhbәt olursa, siz fikir edirsiniz, görәsәn, bundan pul çıxarmaq olarmı? Gözünüz, doğru, “qaraya” baxdıqca zәiflәşәcәkdir, lakin “nerәdә vә nerәdәn” pul çıxarmaq künclәrini gözsüz dә görәcәksiniz.
Asanlıqla pul qazanmaq olursa, ruhunuz da rahat olacaqdır, rahat olursa, ümumi dәrd-qәmlәr sizә әziyyәt vermәyәcәkdir. Ümum millәtә bir şey olursa, sizin halınıza tәfavüt olmayacaqdır.
Siz pul ilә, pul sizinlә olub böyük “sәadәtә” yetişәcәksiniz, böyük rahatlıqda bulunacaqsınız, yәni millәt, din, dövlәt vә vәtәn dәrd çәkmәyәn surәtdә qanınız da çox xarab olmayacaqdır. “Çox xarab” deyib dә halınıza nisbәtәn nәzәr yetiririz.
Çünki bir para adamlar var ki, hәm çörәk fikrini çәkib qanları xarab olur, hәm dә millәt, vәtәn, dövlәt, din yolunda fikir edә-edә qanlarını xarab edirlәr. Onlar, demәli, iki yolda narahat olarkәn, siz bircә yolda rahatlıq bilmirsiniz, onlara nisbәtәn, әlbәttә, siz çox xoşbәxtsiniz.
Mәn isә istәyirәm siz lap xoşbәxt olasınız, gündüzlәr xarab olan qanın yerinә tәzә qan gәlsin, yәni xarablaşmış qanınız tәzәlәnsin. Bu da nә ilә olar? Tәmiz hava ilә, sizә hәr saatda, hәr dәqiqәdә yoldaş fikirlәrdәn bir az xilas olmaqla.
Bu fikirlәrdәn isә o vaxt xilas olmaq olar ki, gözünüz bir qeyri şey görә, ağlınız bir qeyri yolda işlәyә, o da ancaq bu aydınlıq gecәlәrdә mümkündür.
Gündüz Bakıda günün istisindәn gәzmәk mümkün deyil, ondan savayı, gündüz boş yerә necә gәzmәk olar ki, sәnin yoldaşların bir milyonu iki milyon düzәltmәk fikrindәdirlәr, sәn durasan veyil-veyil gәzmәyә, xeyr, belә iş olmaz. Buna heç kәs razı olmaz. Biz bir-birimizi qabaqlamaq, bir-birimizdәn irәli getmәk istәyiriz.
Bu iddia ilә gündüz gәzmәkmi olar, xeyr, bu başa gәlәn iş deyil, ondan savayı, Bakının istisindәn gündüz gәzmәkmi olar?
Bunların hamısını mәn bilirәm, ona görә sizә dә mәslәhәt görmürәm. İndi әsil gәzmәk vaxtı axşamlardır. Heç kәs alış-veriş etmir. Sәn dә rahatsan, bilirsәn ki, sәndәn artıq qazana bilmәyәcәkdir….
Ondan savayı, işıq, sәrin, “gecә quşları” torlu paltarlarda “şux-şux” yanınızdan ötüb keçirlәr, ağzınız açılaqalır.
Haman bu halәtdә bulunarkәn sizin ağlınız “qeyri” bir yerdә işlәyir.
Lakin pul mәsәlәsi yenә meydana pırtlayır, ya xeyr, bağda gәzәrkәn görürsünüz iki aşiq-mәşuq ağacın altında oturub yavaş-yavaş söhbәt edirlәr, hәrdәnbir aya baxıb “Ah! Vah! Oh!” edirlәr…. Bunları görüb yenә pul mәsәlәsi meydana pırtlayır…. Qeyri bir halәtdә bulunursunuz, yenә dә qanınız xarab olur….
Mәn gәzmәk üçün bunu da sizә mәslәhәt görmürәm. Hamıdan rahat, “qorxusuz” bu aydınlıq gecәlәrdә dәryadır.
Dәryaya çıxınız, gәrdişin comәrdliyini görәrsiniz, gündüz çәkdiyiniz mәşәqqәtdәn rahat olarsınız, gözünüz bir ayda, bir dә suda olub daha pul mәsәlәsi meydana gәlmәyәcәkdir.
Çünki nә ayı vә nә dәniz suyunu pul ilә almaq mümkündür… Ola bilsin ki, burada da “bir neçә adamın” fikrindәn pul mәsәlәsi keçә, mәsәlәn, paraxodda seyrә çıxıbdır, Nargin cәzirәsinә gedir. Birdәn fikrinә düşür: nә yaxşı olardı ki, mәnim dә bir paraxodum olaydı.
Durur hesab çәkmәyә: gündә paraxod yüz nәfәr adam Narginә aparıb gәtirsә, adambaşı altı şahıdan gündә dörd dәfә … yanında “çırt-çırt” olmamağa görә hesab tuta bilmir, “övqatı tәlx olur”. Bircә tez kәnara yetişәydik, deyib gözü evdә olur ki, paraxoddan düşüb tez evә getsin, çotkini әlinә alıb hesabı tamam etsin. Paraxod böyük nәf gәtirirsә, sabahdan onun fikrindә olsun.
Yox, әfәndim, belә adamları biz nәzәrimizdә tutmuruz, bunlar azarlıdırlar, fikir azarına mübtәladırlar.
Әlac etmәk çox çәtindir, vaxtı keçirmişik, belә adamlardan bәhs etmәk “hәvәngin dәstini boş hәvәngә vurmaq” kimidir.
Biz istәyiriz asan azarları özümüzdәn rәf edәk, biz istәyiriz iyirmi dörd saatın әrzindә heç olmasa, bir, ya iki saat bu adamlar gәrdiş ilә olub yavaş-yavaş dünya, insan nә olmağını bәlkә düşünәlәr, bәlkә bu dünyanın vәfasız olmağını anlayıb vicdanlarını çox da pulun ixtiyarına vermiyәlәr.
Yavaş-yavaş tәrbiyә tapıb “puldan” savayı bir qeyri şeylәrә dә baxmağı öyrәnәlәr, adәt tutalar, bәlkә aya, ulduza, insanı müәyyәn fikrә salan dәryanın üzünә baxıb ürәklәrini daş edәn, ağıllarını paslandıran, gözәl hissiyyatını mürur ilә fәna edәn şeylәrdәn yavaş-yavaş әl çәkә, heç olmazsa, on iki saat pula baxanda, bir-iki saat da әtrafında olan şeylәrә baxa, özgәlәrin sözlәrini eşidәlәr, ah vә nalә edәnlәrin imdadına çatmasalar da, ürәklәri bәlkә bir az yumşala, zehinlәri açıla, fikirlәri tәzәlәnә.
Yavaş-yavaş himmәt, millәt, lisan vә әdәbiyyati-milliyyә, camaat, insaniyyәt, vәtәn, din, әfkar vәhissiyyati-milliyyә nә olmağını bәlkә düşünәlәr, bunların tәrәqqisinә özlәri çalışmasalar da, qeyri çalışanlara da mane olmayalar….
Bizim әsil mәqsədimiz budur! Aya, ulduza, göyә, yerә, hamı gәrdişә diqqәt ediniz deyib dә, fikrimizdә bunu tuturuz.
Bu yola o adamları dәvәt ediriz ki, hәlә fikir azarı onların beynindә köhnәlmәyibdir, müzminlәşmәyibdir, binaәnәleyh müalicә etmәk olar. […]
Necә ki, Qәmәri pul ilә almaq olmaz, elә dә onları düzәltmәk mümkün deyil. Xeyr, belә adamlara söz demәk, mәqalә yazmaq, qәzetәlәrdә bağırıb-çığırmaq bir nәf gәtirmәz. Bunları gәrdişә, zәmanәyә, daha dürüstü, zәmanәnin tәqazәsinә tapşırmalıdır. Zәmanә özü bәlkә bunların ürәklәrini yumşaldıb fikirlәrini dәyişdirә….
Budur, üç aydır ki, qәzetәlәrdә elan olunur, mәqalәlәr yazılır: ay camaat, avqustun 15-dә Bakıya müәllimlәr cәmi Qafqazdan yığılıb mühüm mәsәlәlәr hәll edәcәklәr: balalarımıza nә yol ilә tәrbiyә versәk, xoşbәxt olarlar?
Hansı qayda-qanun ilә hәrәkәt etsәk, elmlәrin yolunu onlar üçün asan etmәk olar?
Nә tövr lisani-millini, tarixi vә әdәbiyyati-millini, әfkar vә hissiyyati-aliyyәni uşaqlara tәlim etmәk?….
Belә mәsәlәlәrin araya gәlmәyini cәmi Qafqaz bilirdi. Bu mәsәlәlәri mühüm bilәnlәr yüz, beş yüz verstlikdәn gәliblәr, pul xәrc ediblәr. Gәlmәyә mümkünlәri olmayanlar gündә tәbrik teleqramları göndәrirlәr.
Lakin… lakin bizim camaat bir şahı konkaya verib Şamaxı yoluna bir nәzәr qılmır, istәmir bilsin nә var, nә olubdur? Niyә yığılıblar?
Doğrusu, millәtimiz, camaatımız hәlә xabi-qәflәtdәdir – deyәn natiqlәrin sözlәrini tәsdiq edib bu sözlәrin altındaiki әlimiz ilә qol qoyuruz.
Özgә bir әlacımız yoxdur, bunları gәrәkdir zәmanәyә tapşırmaq.
Aya, ulduza baxdırmaq, bәlkә bu sayaq tәrbiyә vermәk ki, “puldan”, “zavoddan”, “paraxoddan”, “imarәtlәrdәn” savayı, “ay”, “ulduz”, “gün”, “dağ”, “әbr”, “kuhi-atәşfәşan”, “bәhri-zәxar”, “әbri-şәrәr-bar” da var!
Rәd vә bәrq dә var, qara buludlardan rәhmәt yağışı yerinә qәzәb ildırımları yağmaq, çaxmaq da var, bir kәrә bu ildırımlar çaxmağa başlarsa, puldan da, imarәtlәrdәn dә, zavodlardan da bir әsәr qalmaz, hamısı әldәn çıxar!….
Dünyadan, әhvali-alәmdәn, bәşәrin hәr növ dәrd vә ehtiyacından xәbәrdar olmaq lazımdır, vәssalam!…
Bu məqalə 100 il bundan əvvəl yazılıb. Nəriman Nərimanovun cəmiyyət haqqında şəxsi fikirlərini əks etdirir. Bu qədər il keçməsinə, nəsillər, rejimlər və sistemlər dəyişməsinə baxmayaraq nə qədər də oxşar bir cəmiyyətdə yaşayırıq, deyil mi?!