Yer kürəsində insandan daha mürəkkəb və sirli ikinci bir varlıq yoxdur. İnsanlar müxtəlifdir, ancaq onları birləşdirən psixoloji xüsusiyyətlər var. Gəlin onlar haqqında danışaq.
- İşlərin aşıb-daşması əslində bizi xoşbəxt edir. Belə ki, biz özümüzü faydalı hiss edirik və bu bizə xoş əhval bəxş edir. Gələn dəfə işlərin çoxluğundan şikayyət etdiyiniz zaman bunu yadınıza salın.
- Ən dürüst insan yorğun insandır. Bu səbəbdən də, gücünüzünü tükəndiyini hiss etdiyiniz zaman susun. Nə olar nə olmaz..
- Başqa dildə düşündüyümüz zaman məntiqimiz tam sürətlə işə düşür. Lazımlı sözü tapmağa çalışdığımız zaman beynimizi necə işə saldığımızı xatırlayın.
- Beynimiz imtinanı ağrı kimi qəbul edir. Sən demə, Cim Kerrinin hər kəsi «hə» deməyə səsləyərkən, bildiyi bir şey var imiş..
- Proqress illüziyası ən güclü motivasiyadır. Xəyal qurun.
- 150. İnsanın maksimum bu sayda daimi münasibətdə olduğu tanışları ola bilər.
- Hər hansı hadisəni xatırladığınız zaman, həmin hadisənin baş verdiyi anları deyil, həmin hadisəni ən son xatırladığınız anları xatırlayırsınız. Bu səbəbdən də, xatirələr deformasiyaya uğrayır.
Bonus: gəzən şaiələrə əsasən, internet asılılığı psixoloji pozğunluqların siyahısına salınıb..