3M (Minnesota Mining and Manufacturing Company) elm adamlarından Dr.Spencer Silver, laboratoriyada yapışqanlarla əlaqəli sıx bir araşdırma içərisində idi. 1970-ci illərin əvvəllərində dayanıqsız yapışdırıcını tapdığında, bunu işə yaramaz bir kəşf olaraq qiymətləndirmişdi. İşləri əsnasında, səthlərə yüngülcə yapışan, ancaq asanlıqla çıxarılıb yenidən fərqli yerlərə yapışdırıla bilən bənzərsiz bir yapışqan kəşf etdi. Çıxarılıb, yenidən yapışabilən bir not kağızı fikri bundan illər sonra, həmkarı Art Fry, bir kilsədə ilahi kitabındakı ayıracı bir cür istədiyi yerdə dayanmaması üzərinə olduqca əsəbiləşdi. Nədən olduğu bilinmir ama başını bu mövzuya yormağa başladı və birdən ağlına həmkarının işə yaramayan kəşfi gəldi. Bu sayədə ayıracın kitaba yapışmasını təmin edəcək, ancaq çıxartdığında da kitaba zərər gəlməyəcəkdi. Fry, həmkarı Silver’in tapdığı yapışqanı bir kağız parçasına sürtərək kitabda istədiyi səhifələri işarələmək üçün istifadə etdi. 3M, Silver və Fry-nin tapdığı yeniliyi dünya ilə bölüşmək üçün daha da gözləyə bilməzdi. Dörd böyük bazarda testlər etdi, ancaq istehlakçılar bu yapışqan kağız parçacıqlarını harada istifadə edəcəklərini anlaya bilmədilər. İstehlakçıların Post-it not anlayışını anlamaq üçün şəkillərdən daha çoxuna ehtiyacları vardı. Şirkətin marketinq qrupu müvəffəqiyyət əldə edə bilmək üçün məhsulu insanlara yoxlatdırmağa qərar verdilər və məhsul nümunələrini Fortune 500 şirkətlərinin idarə heyəti başçılarına və katibə göndərdilər. Bir çox idarə heyəti üzvü bir məktub göndərərək məhsulu nə qədər çox sevdiklərini söylədilər. Ofis istifadəçilərinin dərhal hamısına edilən bu paylama nəticəsində insanların 90%-i məhsulu alacaqlarını söylədi. Və beləcə 3M müdirləri bu məhsul üzərinə getməyə və məhsulu bazara çıxarmağa qərar verdilər.