1460-1510-cu illərdə Fransiskan ordeninin rahibləri tərəfindən tikilən həmin katolik məbədi maraqlı edən Osuş Ruhlar Kapellasıdır (Capella dos Ossos – portuqal dilində “Sümüklər kapellası” deməkdir). Bu ad çox şeyi deyir. Axı kapellanın divarları insan sümükləri ilə bəzədilib. 

Səbəbi

Orta əsrlərdə Avropada, o cümlədən Portuqaliyada taun xəstəliyi və çoxsaylı müharibələr səbəbilə xeyli insan həlak olurdu. Nəticədə, məzarlıqlar sürətlə böyüyür və cəsədləri basdırmağa yer tapılmırdı. Məhz həmin dövrdə Fransiskan rahibləri maraqlı təklif irəli sürdülər. Onlar kilsənin yanında fani həyatın rəmzi kimi insan sümüklərini göstərəcək kapellanın inşasına başladılar. Kapelladakı arkaların birisi üzərində latınca bu sözlər yazılıb: Nós, ossos que aqui estamos, pelos vossos esperamos (Bizim sümüklər burdadır və sənin sümüklərini gözləyir). 

Kapellanın bəzədilməsində 5 minədək insanın sümüyündən istifadə olunub. Ağappaq rəng alsınlar deyə, bütün sümüklər söndürülmüş əhənglə işlənib. Proses zamanı sınan, yaxud istifadəyə yararsız sümüklər xırdalanaraq sementə qarışdırılıb. Kapelladan fərqli olaraq kilsənin baş zalı kifayət qədər təmtəraqlı bəzədilib. 
Həmçinin, Çexiyanın Sedlets şəhərində də insan sümüyü ilə bəzədilən oxşar məşhur kilsə var.