Yeyiləbilən plastik
Bir çox ekoloji problemin ən böyük qaynaqlarından biri olan plastik materiallar okeanlar, heyvanlar və insanlara zərər verməkdədir. Son araşdırmalar göstərir ki, yeməli dəniz duzunun 90%-ni mikroplastik parçacıqlar təşkil edir. Yəni insanlar gündəlik həyatlarında plastik material yeyirlər.
Planetin ucqar nöqtələri üçün işıqlandırma
Başqa bir böyük layihə isə sistematik elektrik təchizatı olmayan yerlərə səmərəli küçə işıqlandırmasını təmin etməkdir. “Lite of Lite” adlı layihə ilə, kiçik bir günəş paneli və işlənmiş plastik şüşə daxil bir işıq diodunu qoyaraq işıq plitələr hazırlanır. Bu üsul Banqladeş, Çin, Dominikan Respublikası kimi ölkələrdə istifadə olunur.
Plastik qablaşdırmasız diş məcunu və şampun
Baxım məhsullarının çoxu plastik qablaşdırmalara paketlənir. Belə olunca evdə istifadə etdiyimiz çoxu məhsul ilə birlikdə plastik də istehlak etmiş oluruq. ‘Nohbo Damlaları’ adı verilən ambalajsız şampun damlaları kimi bəzi məhsullar bu vəziyyətə həll yolu olaraq ortaya çıxmışdır. Təxminən 5 santimetrlik bir damla hər hansı uzunluqda bir saçı yumaq üçün yetərlidir.
Kömürə çevrilə bilən insan nəcisi
Keniya kimi bəzi ölkələrdə kanalizasiya sistemi yoxdur. Bu ölkələrdə insanlar nəcislərini yerə və ya gölməçələrə və su ehtiyatlarına xaric edirlər. Nəticədə anti gigiyenikvəziyyət daha da artmaqda davam edir. Ağacların kəsilməsi də ölkənin ən böyük problemlərindən biridir. Ölkədə olan 10 ailənin 8-i yemək üçün kömürdən istifadə edir.
Sanivation şirkəti, hər iki problemə da həll tapmaq məqsədiylə evlərə xüsusi tualetlər qurur və sonra insan nəcislərini kömürə çevirir. Bu şəkildə bakteriyaların yayılmasının qarşısını almaq və təbii ehtiyatların qorunması təmin edilə bilər. Nəcislərin 700 ° C-də qızdırılması pis qoxu yayılmasına mane olur.
Təbii tullantıları bioqaza çevirən qurğu
Bağçaya yerləşdirilən və üzvi tullantıları bioqaza çevirən cihaz da maraqlı layihələrdən biridir. Dönüşümdən sonra qaz bir borudan keçir və yanacağın hava ilə uyğun bir nisbətdə tamamilə yandırılmasına imkan verən cihaza gedir. Ardından yemək bişirmək üçün istifadə edilə biləcək vəziyyətə gəlir.
Kran suyunun iki dəfə istifadə edilməsinə imkan yaradan cihaz
Koreyalı dizayner Jang Woo-Seok ‘eko duş’ adını verdiyi sistem sink suyunun iki dəfə istifadə edilməsini təmin edir. Bu sistemdə iki su tankı var. Birində istifadə olunan təmiz su digərində yığılır. Hər bir tankın ayrı tutacağı var və tankın nə qədər dolu olduğunu göstərən bir LED işığı var. Beləliklə, tank sinkdən su ilə doldurulduqda tualetdə də istifadə edilə bilir.