İdeal bədən ölçülərinə sahib olmaq hər bir dolu insanın arzusudur. Bunun üçün sağlam qidalanma və fiziki məşqlər bizə kömək olur. Arıqlamağa kömək edən və bununla da orqanizmi zəifləməyə qoymayan ərzaqlar mövcuddur. Hansı ki, bu ərzaqlardan istifadə etsəniz, həm çəki ata bilərsiniz, həm də sağlamlığınızı bərpa edə biləcəksiniz.

http://imageshack.com/a/img538/7908/vMLuLr.jpg

Zəncəfil. Zəncəfilin tərkibində olan efir yağları həzm sistemini stimullaşdırır. Bu isə maddələr mübadiləsinin sürətlənməsinə, orqanizmin yağları parçalamasına səbəb olur.


http://imageshack.com/a/img910/5492/wugTAx.jpg

Xiyar. Çoxlu su və az kalori. Bu tərəvəz orqanizmi həm daxildən, həm də xaricdən “nəmləndirir”. Xüsusilə də aktiv fiziki məşqlərlə məşğul olan insanlara tövsiyyə olunur.


http://imageshack.com/a/img537/8711/BsyBh3.jpg

Şor, qatıq və yoqurt. Hüceyrələrin piylərdən azad olmasına kömək edən element var – kalsiytriol. Bu maddə süd məhsullarının tərkibində çoxluq təşkil edir. Əsas odur ki, yağlılığı az olan və təzə məhsulları alıb istifadə edəsəniz.


http://imageshack.com/a/img540/282/mWW6pH.jpg

Darçın. Darçın qanda şəkərin miqdarının aşağı düşməsinə səbəb olur. Bu isə öz növbəsində yağların akkumulyasiyasına gətirir. İçkilərin (çay, kofe, süd) tərkibinə darçın əlavə edin. Həm təkrarolunmaz dad əldə edəcəksiniz, həm də arıqlamağa davam edəcəksiniz.


http://imageshack.com/a/img661/4529/J8uwSp.jpg

Qreypfrut. Qreypfrut özündə böyük miqdarda C vitamini birləşdirir və qanda insulinin səviyyəsini endirir. Qreypfrut , həmçinin güclü ödqovucu meyvədir.


http://imageshack.com/a/img661/6066/y201gv.jpg

Yaşıl çay. Yaşıl çay orqanizmi isidir, tonusu artırır, qidanın sürətli həzminə yardım edir. Yaşıl çayın tərkibində olan təbii stimulyator – tiamin nəinki dərialtı piy hüceyrələrini, həmçinin orqanların ətrafında yaranan piylənmənin qarşısını alır.


http://imageshack.com/a/img537/1418/1iXdii.jpg

Su. Su insanlarda toxluq hissi yaradır və orqanizmdən artıq duzları ixrac edir. Nə qədər çox su içsəniz, bir o qədər də tez arıqlayarsınız.


http://imageshack.com/a/img912/9937/rqi4Hg.jpg

Kələm. İstənilən sort kələm arıqlama, pəhriz prosesində istifadə olunmalıdır. Kələmin tərkibində böyük miqdarda sellüloza mövcuddur. Bu maddə isə bədəndən toksinlərin çıxarılmasına yardım edir.


http://imageshack.com/a/img540/4013/qxwOSQ.jpg

Portağal. Portağal həm yüksək doyumluluq hissi yaradır, həm də tərkibindəki efir yağlarının köməyi ilə piy toxumalarını parçalayır.


http://imageshack.com/a/img661/7235/ORrDle.jpg

Xardal. Acı xörəklər mədə turşusunun artmasına səbəb olur. Bu isə həzmi sürətəndirir.


http://imageshack.com/a/img537/7327/0cGiy3.jpg

Lobya. Lobyada çoxlu miqdarda zülal mövcuddur. Arıqlamaq istəyən insanlar pəhriz zamanı mütləq bu ərzaqdan istifadə etməlidirlər.


http://imageshack.com/a/img909/552/YYQMGO.jpg

Ananas. Ananas insanda doyumluluq hissi yaradır. Ananas şirəsi isə maddələr mübadiləsini sürətləndirir.