Bolinxa adlı it hələ balaca küçük olarkən onu Braziliyanın gecəqondu küçələrinin birinə atmışlar. Təxminən 13 il it yaxınlıqda yerləşən kafenin ətrafında yaşayır və daimi olaraq kafenin artıq qalan yeməkləri ilə qidalanırdı. Bunun nəticəsi olaraq nə az, nə çox düz 37 kq çəkiyə çatmışdır.
Tədricən heyvanda tənəffüs problemi yaranmışdır. Buna görə də heyvan hərəkət etmədə məhdudlaşır və ya tamamilə yerindən tərpənə bilmirdi. Bolinxanı görən insanlar isə bu hala laqeyd yanaşırdılar, lakin günlərin bir günü Bolinxanın həyatında onu xilas edəcək insan peyda olur. Beləki, bu insan “gombul it” haqqında əhvalatı eşidən kimi Bolinxanı tapır və veterenara aparır.
Heyvanlar üçün nəzərdə tutlumuş tibb məntəqəsində Bolinxa sevgi, qayğı və ən əsası düzgün müalicə ilə təmin olunur. Çətin olsa da Bolinxa çəki itirməyə başlayır və ilin bir il ərzində 13 kq arıqlaya bilir.
Bolinxa idmanla məşğul olarkən