1. Ən iri bədənə sahib pişik cinsi Ragdoll’un ağırlığı 5 və 9 kq arasında dəyişir, ən kiçik pişik cinsi isə Singapura’dır və çəkiləri 2-3 kq civarındadır.
2. Ən çox balası olan pişik rekorduna Tabby adlı bir pişik sahibdir. Texas əyalətində 1950-ci illərdə yaşayan Tabby, 18 illik ömründə təxminən 420 bala dünyaya gətirmişdir.
3. Pişiklərin bədənlərində 290 ədəd sümük və 500-dən çox əzələ vardır.
4. Digər məməli heyvanların əksinə pişiklərin körpücük sümükləri yoxdur və buna görə başlarının yerləşdiyi hər yerdən keçə bilirlər.
5. Pişiklərin tez-tez özlərini yalayaraq təmizlədiklərini çoxumuz bilirik. Amma əsl maraqlı olan şey, bu təmizləmə prosesinə həyatlarının az qala üçdə birini ayırmış olmalarıdır və özlərini yalayarkən ifraz edilən tüpürcək miqdarı ifrazat ilə atılan mayedən daha çoxdur.
6. Pişiklərin gözləri, qaranlıqda insanlardan təxminən 6 qat daha iti görmə bacarığına malikdir. Bundan əlavə pişiklər qismən rəng korudur.
7. Ən çox siçan ovlama rekorduna sahib pişiklərdən biri Londonda bir stadionda “vəzifəlidir” və 6 ildə 12 min civarında siçan ovlamışdır.
8. Pişiklərin dərilərinin hər kvadrat santimetrində təxminən 12 min irili xırdalı tük vardır.
9. Rekordları sevən pişiklərdən biri də alpinşstliklə maraqlanmışdır. İsveçrəli pişik, 1950-ci ildə alpinistlərlə birlikdə Alp dağının zirvəsinə çıxmışdır.
10. Pişiklər əşyalarının yerlərinin dəyişdirilməsini (yemək qabı, qum kimi) heç sevmirlər. Ona görə çox məcbur qalmadıqca pişiyinizin əşyalarına toxunmayın.
11. Dünyadakı hər 3 Amerikalıdan biri pişik bəsləyir. Düşünürük ki, bu mövzuda rekordun sahibi də onlardır.
12. Şəhər həyatından ən çox zərər görən canlılardan biri də əlbəttə pişiklərdir. 750 min əhalisi olan Baltimore’da hər il 5 min pişik yol qəzaları səbəbiylə ölür.