Həmişə hər şey yaxşı olmur. Bəzən üzülürük, bəzən sevinirik. Həyat surprizlərlə doludur və bəzən üzülməyimiz normaldır, ancaq üzüldüyümüz zamanlarda yaxşı hiss etməyə ehtiyacımız var. Həmin anlarda bu yazımızı oxumağa tələsin!
Dərin bir nəfəs alın!
Çox dərin nəfəs alın və beyninizə gözəl şeylər gətirin! Pis hiss etdiyiniz zamanlar həmişəlik deyil. Əsas bunu unutmayın! Gözəl şeylər və yaşadığımız üzüntülər həmişəlik deyil. Onlar dəyişəndir. Həyatın bu şıltaqlığını qəbul etmək bizi daha xoşbəxt hiss etdirəcəkdir.
Özünüzə sual verin…
Pis hiss etdikdə özümüzü günahlandırmamalıyıq. Suallar verib, pis hiss etmə səbəbimizi aşkar etməyimiz lazımdır. Hər şeyi qəbul edib, sadəcə dərs çıxarmaq lazımdır. Belə olduqda daha rahat hiss edəcəksiniz.
Realistik ol!
Həyatı olduğu kimi qəbul et. Realistik olmaq lazımdır. Pessimist olmaqla özümüzü daha pis hiss edəcəyik. O zaman niyə həyata daha başqa tərəfdən baxmayaq? Realistik olub hər şeyi olduğu kimi qəbul et!