Velosiped sürməyi çox sevirəm! Üzünə vuran küləklə bütün mənfi enerjin də uçub gedir sanki… Bəs bu velosipedlər nə zaman kəşf edilib? Gəlin birlikdə velosiped tarixini öyrənək!
1493-cü ildə Leonardo Da Vincinin eskizini tapdıqdan sonra velosiped düzəltməyə başlanıldı. 16-cı əsrdə indiki kimi rahat olmasa da daha çox velosipedlər istifadə edilməyə başlanıldı. Bu kəşfə qədər atlar ən rahat ictimai nəqliyyat vasitəsi sayılırdı.
Alman baron Karl von Drais müasir velosipedə bənzər kəşfini 19-cu əsrdə etdi, ancaq bunu işə salmaq üçün, ayaqlarını hərəkət etdirmək lazım gəlirdi. Dandy Horse tərəfindən İngiltərə də Karlın kəşfi daha da inkişaf etdirildi. Bu velosipedlər 1860-cı ilə qədər istifadə edildi. Daha sonra velosipedin rahat növü ixtira edildikdən sonra, aradan qaldırıldı.
Pierre Michaux və Pierre Lallemen Dandy Horse tərəfindən ixtira edilən pedalları və velosipedin daha rahat tərəflərini incələdikdən sonra Boneshaker icad olundu. Qarşıdakı təkər daha böyük idi və əvvəlki ixtiralardan daha rahat sayılırdı.
John Kemp Starley 1885-ci ildə rahat və indikinə bənzər velosipedi kəşf etdi. Bununla da Velosipedlərin qızıl dövrü başladı. Əsas nəqliyyat vasitəsi kimi istifadə edilən velosipedlərin görünüşü standartlaşdı. Daha sonra daha ucuz və rahat materiallardan hazırlanan velosipedlər artıq hamı üçün ən rahat olan idi. Beləliklə də geniş yayılan rahat nəqliyyat vasitəsi bugünkü günümüzə qədər gəlib çıxdı.
Azərbaycanda daha çox idman etmək üçün, əyləncə üçün istifadə edilsə də bir çox ölkələrdə indi də nəqliyyat vasitəsi kimi istifadə olunur. Çox ümid edirəm ki, bizdə də qısa zamanda belə olacaqdır.