Bu fəsildə xəstəliklərin qarşısını almaq və immuniteti gücləndirmək üçün A və C vitaminləri ilə zəngin meyvə-tərəvəz yeməklə yanaşı, süd, qatıq kimi məhsullardan da istifadə etmək məsləhətdir. Əsasən, kök, portağal və mövsüm tərəvəzlərindən çox istifadə etmək lazımdır. Ən vacib olanı isə havaya uyğun geyim seçməkdir. 

   Payız fəslində zəifləmiş immunitet bakteriyalarla mübarizə apara bilmir. Nəticədə müxtəlif soyuqdəymələr, bronxit, farinqit, larinqit, anqina və traxeit xəstəliklərinə tutulma riski artır. Orqanizmə immuniteti qaldıran vitaminlərlə kömək etmək olar.

    Qrip

    Ən ciddi payız xəstəliyi qripdir ki, bundan qorunmaq üçün kütlədən uzaq olmaq, şəxsi qiqiyenanı qorumaq və immuniteti stimullaşdırmaq lazımdır.

    Ürəyin payız xəstəlikləri

    Dərəcələrin qəfil dəyişməsi, atmosfer təzyiqinin artması stenokardiya, hiportanik krizis, işemiya xəstəliklərinə səbəb ola bilər. Bu xəstəliklərə meyilli olan insanlar havada çox qalmalı, damarların sağlamlığı üçün bitki çaylarından içməlidirlər.

    Payız allerqiyası

    Payızda açan güllərin tozu, toz gənələri, kif allerqiyaya səbəb olaur. Profilaktika üçün oturduğunuz və yaşadığınız yeri nəm əski ilə hər gün silin, allerqiyaya qarşı dərman preparatları qəbul edin.

    Payız dəri xəstəlikləri

    Bu xəstəliklər müxtəlif mikroorqanizmlərin nəticəsində baş verir: göbələk, viruslar. İmmunitetin zəifləməsi nəticəsində orqanizmin soyuqdəyməsi bu tip xəstəliklərə gətirib çıxarda bilir. Tez sağalmaq üçün pəhriz saxlanılmalı, yetərincə yuxu və istirahət edilməlidir, stresdən uzaq durulmalıdır.

    Əsəb sisteminin payız xəstəlikləri

    Günəşli günün azalması, ultrabənövşənin çatışmamazlığı, payız çirki və nəmişliyi insanın kefini pozur. Payız mövsümü nevrozun, psixozun, yuxusuzluğunun, narahatlığın və əsəbiliyin artdığı dövrdü. Özünüzü hər şeyin yaxşı olduğuna inandırın.


     Payızda immunitemizi qoruyan tədbirlər:

    – Qida dəyəri daha yüksək olduğu üçün, mövsümündə yetişən təzə meyvələri və tərəvəzləri yeyin. Pomidor, xiyar, bibər kimi qışa xas olmayan tərəvəzlərlə qidalanma  məhdudlaşdırılmalıdır.

    – Çay və qəhvə yerinə C vitamini tərkibli cökə, adaçayı (sürvə), itburnu kimi bitki çayları için.

    – Gündə 1.5-2 litr maye qəbul edin.

    – Nizamlı şəkildə gimnastika edin.

    – C Vitamini ilə zəngin olan sitrus bitkiləri, kivi, portağal, gül kələm, ispanaq, kimi meyvə və tərəvəzlərə üstünlük verin. C vitamini itkisinin qarşısını almaq üçün salatlar və meyvə suları hazırlanan kimi dərhal qəbul edilməlidir.

    – Həftədə 2 dəfə balıq yeyin. Həmçinin balıq yağı qəbul etmək də məsləhət görülür.

    – Normal miqdarda zülal qəbul etmək üçün qida rasionunuzdan süd, qatıq, pendir, ət məhsullarını əskik etməyin.

    – Çox şirin və şəkərli qidalardan az istifadə edin.

    – Çipsilər, kolbasa, sosiska məmulatları, yağlı ətlər və həddindən artıq yağlı qidalardan uzaq durun.

    – Qızardılmış, qovurulmuş qidalar qəbul etmək yerinə, buxarda bişirilmiş və ya qaynadılmış qidalara daha çox üstünlük verin.

    – Qış mövsümü ilə birlikdə günəş yavaş-yavaş öz təsirini itirdiyindən D vitamininə ehtiyac yaranır. Xüsusən də azyaşlı və körpə uşaqlarda. Odur ki, soyuq aylarda sümük və diş sağlamlığı üçün lazımlı olan D vitamininə olan ehtiyacı qarşılamaq üçün günəşli günlərdə təmiz havada gəzmək lazımdır. Ən azından gün ərzində 10 dəqiqə təmiz havada olmaq məsləhətdir.

    – Soyuq aylarda enerji qaynağı sayılan və B qrupu vitaminləri ilə zəngin olan paxlalı bitkilərlə qidalanmaq zəruridir.