Heç paxıllıq hissi keçirtmisiniz? Hesab edirəm ki , keçirtmisiniz, çünki bu hiss bütün insanlar üçün spesifik xüsusiyyətdir.
Paxıllıq hissi insanların həyat uğrunda, yaşamaq uğrunda mübarizə apardığı vaxtlardan öz münasibətini və reaksiyasını bildirməyin bir instinktiv əlaməti kimi qəbul olunur. Nəyə görə instinktiv? Ona görə ki , bu insanlardan asılı olmayaraq baş verir.
Paxıllıq hissi 2 cür olur : qara paxıllıq və ağ paxıllıq.
“Qara paxıllıq” hiss edərkən insan başqasının əldə etdiyi uğur, şəxsi həyatı və hətta xarici görünüşü qəbul etmək istəmir. Sadalanan xüsusiyyətlərin başqasına mənsub olmasını aqressiya , kədər ilə qarşılayır.
“Ağ paxıllıq” isə bir növ həsəd aparmaqdır. Başqa insanın malik olduğu mülk, titul, sosial status, reputasiya, dostlar sizdə pərəstişkarlığı oyadır.
Sadə dildə desək, “Ağ paxıllıq”-da insan pərəstiş obyektlərinin özündə olmağını istəyir, “Qara paxıllıq”-da isə həmin yaxşı keyfiyyətlərin ətrafındakı insanlarda olmamağını arzulayır.
“Qara paxıllıq” hissi insanı məhvə aparır, onu xoşbəxt yaşamağa, həyatdan zövq almağa və ən əsası başqasının sevincinə sevinməyə imkan vermir.
Həyatımıza mane olan “Qara paxıllıq”-ı “ Ağ paxıllığa”-a çevirmək üçün bir neçə məsləhətimiz olacaq.
1. İlk olaraq etiraf edin ki, yaxşı yaxud pis kiminsə paxıllığın çəkirsiniz. Problemin olduğunu qəbul etməsəniz bu problem olaraq da qalacaq.
2. Əldə olunan uğurlarınızı həmişə diqqət mərkəzində saxlayın və onları unutmayın. Xüsusilə də qısqanclıq hissi keçirtdiyiniz insanı gördükdə uğurlarınızı xatırlayın və bu hiss öz-özünə keçəcək. Ən əsas element – özünüzü başqası ilə müqayisə etməyi dayandırın!
3. Paxıllıq etdiyiniz obyektə qarşı hirsli olmayın. Qısqanclıq – insanın özünə verdiyi dəyərsizlik və özünün tələbatlarını anlamamağından irəli gəlir. Qısqanclıq etdiyiniz adamların burda heç bir günahı yoxdur.
4. İnsanlarda nöqsanlar axtarmaq və onları qınamaq əvəzinə onların həyatını, uğur yolunu təhlil edib özünüzə nəticə çıxardın. Belə olduqda özünüz üçün faydalı faktlar tapa bilərsiniz.
5. Tələbat və gözləntilərinizi yoxlayın. Doğurdan sizə başqasında olanlar lazımdır? Bəlkə heç lazım deyil… Sizdə əbəs yerə narahat olursunuz