Paqoda, Buddistlərin dini strukturlarına verilən addır. Paqodalar, əksəriyyətlə daşdan, bəzən kərpicdən və çox nadir olaraq da taxtadan hazırlanır. Paqodalar, Çin, Yaponiya və Hind mədəniyyətinə daxildir, Cənub-Şərqi Asiyada yayılmışdır.
Bəzən yumru, lakin ümumiyyətlə dörd və ya daha çox kənarlı bir təməl üzərinə oturdulan quruluş, daralaraq yüksəlir. Qüllənin ortasında uzun bir sütun vardır. Yerdən başlayıb dama qədər uzanan bu dirək yer üzünün mərkəzini səmaya bağlayan oxu simvollaşdırır. Yapon paqodalarında ümumiyyətlə, dörd küncdə dörd sütuna rast gəlinir, bu sütunlar isə göyü ayaqda tutan dirəkləri simvollaşdırır. Bir paqodanın mərtəbə sayı 5 ilə 13 arasında dəyişir. Qatlar daim bir-birindən fərqli böyüklükdədir. Üzərlərində saçaq olan bu qatlar Tanrıların göy qatlarını təmsil edir . Paqodaların din sahəsindəki əhəmiyyəti Budda’nın qalıqlarının qorunduğu yerlər olmasından ibarətdir.
Paqodaların əsl mənşəyi hindlilərin Stupa adı verdikləri dini strukturdur. Stupalar kral məzarlarının və kraldan qalanların güvən içində olduğu müqəddəs yerlərdir. Stupalara Seylon’da (Şri-Lanka) daqoba adı verilir. XVI əsrdə Hindistana gedən portuqaliyalılar burada gördükləri daqobaların adını dəyişik tələffüz etmişlər və paqoda demişlər və bu ad zamanla məşhurluq qazanmışdır.
Paqodalar əslində yalnız dini məqsədlər üçün istifadə edilmir. Hərbi birliklərin müşahidə etmə qüllələri olaraq da istifadə edilir. Çox vaxt bir şəhərin və ya qəsəbənin simvolu olması üçün tikilmişdir. Çünki hər paqodada Buddaya aid bir qalıq tapılmaz.