XX əsrin dahisi, həyatın bütün şirin və acı həqiqətlərini dadmışdı. Müharibə və sülh, kasıblıq və zənginlik, şöhrət və sevgi – Pikasso bütün bunlardan keçmişdi. Canlı əfsanə cahanı tərk etdi. Ondan qalan əsərlər və sitatlar xəzinəsi isə bütün nəsillər üçün həyat dərsidir.
- «Bacaracağını düşünən kəs bacaracaq. Bacarmayacağını zənn edən kəs isə, bacarmayacaq. Bu müzakirə olunmayan qaydadır».
Bu həqiqətən də belədir. Bacaracağınızı düşündüyünüz zaman, beyninin aktiv şəkildə həll yolu axaracaq. Əks halda isə həyəcana qapılacaq və səhvlər edəcəksiniz.
- «Öyrənmək üçün, mən hər zaman bacarmadığım şeyləri edirəm». İnkişaf etmək üçün qorxularınızın üstünə gedin. Və bacarmadığınız şeyləri edərkən ancaq indiki zamanı düşünün və etdiyiniz şeyə bütün diqqətinizi verin. Bu işinizi asanlaşdıracaq.
- «İlham mövcuddur, lakin o, iş zamanı gəlir». İlhamlanacağınız anı, doğru zamanı gözləməyin, işə başlayın. O, sizi iş başında tutacaq.
- «Yalnız həyatınızın sonuna qədər bitirmək niyyətində olmadığınız şeyləri sabaha saxlayın, çünki uğurun tək açarı hərəkətdir».
Bəzən başlamaq çətin gəlir, lakin başlamaq şərtdir. Başladığınız andan etibarən özünüzün və sənətinizin fərqli yönlərini kəşf edir, inkişaf edirsiniz. Hərəkət edin. Daha çox, daha çox və daha çox hərəkət!
- «Başqaları, mövcud olan şeyləri görüb, «niyə» sualını verdilər. Mən isə mövcud olmayan şeyləri görür, və «niyə də yox» sualını verdim». Yoxuşa deyil, enişə aparan suallar verin. İlhamlandıran və öyrədən.
- «Gəncliyin yaşı yoxdur». Cəmiyyətin yaşınızdan dolayı nəyi edə biləcəyinizi və nəyi artıq edə bilməyəcəyinizi diktə etməsinə icazə verməyin. «Burada və indi» qanunu ilə yaşayın. Beləliklə, bütün sərhədləri aşmış, çərçivələri qırmış olacaqsınız.