Tənbəl və ya əksinə çox məşğulsan və idman, pəhriz sənə görə deyil? Onda qarnını əritmək üçün sənə alternativlər təklif edirik:
- Belinizi dik saxlayın
Belinizi dik saxladığınız zaman boyunuz daha uzun, qarnınız isə visual olaraq daha kiçik görünəcək. Qarnınızı hər zaman içinizə çəkməyə çalışın. Bunları hər xatırladığınızda etsəniz, əzələlər və sütün vərdiş edəcək.
- Daha çox su için
Bəli, su bu problemində öhdəsindən gəlməyə kömək edir, çünki orqanizm susuz qaldığı halda zərərli maddələrdən azad ola bilmir və şişginliklərə səbəb olur.
- Tez-tez WCdən istifadə edin
Gün ərzində 5-7 dəfə ayaqyolundan istifadə etmək qarnınzı formaya salmaq üçün çox vacibdir. Orqanizminizi gözləməyə öyrəşdirdiyiniz halda sidik kisəsi şişəcək və qarnınızı olduğundan daha böyük göstərəcək.
- Qəbul etdiyiniz qidanı yaxşı-yaxşı çeynəyin
Qidanı yaxşıca çeynədiyiniz zaman qida qarın boşluğunda daha az yer tutacaq. Bu isə o deməkdir ki, qarnınız köpməyəcək. Ən əsası isə beyniniz daha tez toxluq mesajını verəcək.
- Hormonlarınıza nəzarət edin
Misal üçün, qadınlarda estrogen hormonunun pozuntusu qarında piy qatının yaranmasına səbəb olur. Odur ki, qarnınızı hər zamankindən daha böyük olduğunu hiss etdiyiniz zaman həkimin qəbuluna yazılmağı lazım bilin.
- Bel üstə uzanın
Hər gün 20 dəqiqənizi ayırıb, bel üstə uzanın. Ayaqlar azca hündürlükdə olmalıdır. Bunun üçün ayaqlarınızın altına yastıq qoya bilərsiniz. Rulon formasında bükülmüş bir dəsmalı da belinizin aşağı hissəsinin altına yerləşdirin. Müntəzəm olaraq təkrar etsəniz, qarnınız formaya düşəcəkdir.