Çəki atmaq dedikdə bir çoxlarımızın ağlına yorucu məşqlər, ciddi pəhriz və zövq almaqla əlaqəsi olmayan şeylər gəlir. Sən demə, artıq çəki ilə mübarizə aparmaq üçün daha maraqlı üsullar da var imiş..

Şoppinq

Uğurlu şoppinq 2-3 saatlıq gəzinti və ağır paketlər deməkdir. Bu da şoppinqi əsl məşqə çevirir. 3 saatlıq şoppinq velotrenajorda 1 saatlıq məşqə bərabərdir. Hər iki halda 500 kalori yandırmış olacaqsınız.

Təmizlik

Əllə görülən işlər bədəni tonusda saxlamağa kömək edir. Yarım saatlıq təmizlik 15 dəqiqəlik press məşqinə bərabərdir. Hər iki halda 85 kalori yandırmış olacaqsınız.

Mahnı oxumaq

Mahnı oxuyarkən bir çox əzələ işə düşür. 1 saat mahnı oxumaq 15 dəqiqə çəkinməyə bərabərdir. Hər iki halda 100 kalori yandırmış olacaqsınız.

Donorluq

Kaliforniya universitetinin apardığı araşdırma göstərmişdir ki, 0,5 litr qan verməklə insan 650 kalori yandırır. 1 saat dayanmadan üzməklə eyni miqdarda kalori yandıra bilərsiniz.

Şərab

Albert Universitetinin apardığı araşdırma göstərmişdir ki, 1 badə quru qırmızı şərabla 1 saatlıq məşqin verdiyi nəticə eynidir. Belə ki, içkinin tərkibində olan maddələr ürək fəaliyyətini sürətləndirir, əzələlərin inkişafına təkan verir və ağ yağı qəhvəyi yağa çevirir.