Münasibətiniz yoxdur. Romantik münasibət axtarışındasınız, ancaq tez-tez “Ətrafda düzgün insan yoxdur” cümləsini qurursunuz? Tək deyilsiniz. Çox insan ətrafda düzgün qadın və ya kişi olmadığını deyir. “Sosial dəyişim teoremi”inə görə insanlar münasibətlərində pozitiv və neqativ nəticələrinə fokuslanır. Sabotelli, münasibətdəki doyumu “Sosial dəyişim modeli” ilə açıqlayır. Fərdlər müəyyən bir münasibətə, o münasibətdən əldə edəcəkləri faydalara görə girirlər. Belə olan halda, münasibətin gətirdiyi gəlirlər, yəni faydalar, münasibət üçün sərf edilənlərdən daha çoxdur. Fərdlərin münasibətdən əldə edəcəkləri qazanclar, partnyorların fiziki çəkiciliyi, yumor anlayışı kimi xüsusiyyətlərinə və münasibətin keyfiyyətinə bağlıdır.

Münasibət axtararkən ən böyük səhvlərdən biri sadəcə gəlirlərə fokuslanmaqdır. Heç kim qarşısındakı insan üçün nə kimi faydalı ola biləcəyi barəsində düşünmür.

Bəlkə birlikdə balaca bir siyahı hazırlayaq? Bir səhifəni ortadan ikiyə ayırın. Səhifənin bir yanında sizin qurmaq istədiyiniz münasibətdə qarşı tərəfə nələr verə biləcəyinizi yazın. Digər tərəfə isə münasibətdə sizə verilməsini istədiyiniz şeyləri yazın. Sonra bu iki siyahını qarşılaşdırın.

Əgər biz özümüz səbrsiz bir insanıqsa, qarşı tərəfdən səbrli olmasını istəməyimiz nə dərəcədə məntiqlidir? Və ya biz empatiya duyğusu zəif bir insanıqsa, bizə qarşı empatiya ilə davranılmasını nə dərəcədə gözləyə bilərik? Bizim münasibətə qatacaqlarımız münasibətin tatmin səviyyəsini artıracaq. Araşdırmalar göstərib ki, empatiya duyğusu yüksək olan insanların münasibət doyumu daha çoxdur.

Digər yarınızı deyil, özünüzü axtarın.

Demək olar ki, hər kəs yarını axtarır. Bəs biz tək başına əskik olduğumuz üçünmü yarımızı axtarırıq? Biz çox insanın münasibətə girmə çabalarının ən əsas səbəbi içlərindəki boşluğu doldurmaqdır. Biz dünyanın ən yaxşı münasibətinə və ən yaxşı partnyoruna sahib olsaq belə, bu bizim öz içimizdə tamamlaya bilmədiyimiz boşluğumuzu doldura bilməz.

münasibətlər
Bununla birlikdə, romantik partnyoru, xoşbəxtliyimizin tək səbəbi olaraq görmək də olduqca səhv bir yanaşmadır. Öz xoşbəxtliyimizdən cavabdeh olan yeganə insan var. O da özümüzük! Bir çox insan münasibətə girdiyi insanın sehirli bir şəkildə həyatını dəyişdirməsini, içindəki boşluğu doldurmasını gözləyir.

Lakin bu heç də məntiqli olmayan bir düşüncədir  və bu düşüncənin bizə xoşbəxtlik gətirmə ehtimalı çox aşağıdır. Necə bir insana aşiq olmaq istəyirsinizsə, elə bir insan olun. Digər yarınızı deyil, özünüzü axtarın. Xoşbəxtliyinizi istədiyiniz tərzdə bir insanla tanış olana qədər ertələməyin. Öz içinizdə xoşbəxt olmağı öyrənərək həyat enerjinizi artırın. Əvvəlcə həyatın özü ilə eşq yaşayın və xoşbəxt olun.

Həqiqətən ətrafda düzgün insan yoxdur?

Gələk “ətrafda düzgün heç kim yoxdur” cümləsinə Əgər bir insan davamlı olaraq özünə uyğun olmayan partnyorlar, özünü üzən və zərər verən insanlar tapırsa, bu insanın obyektiv bir şəkildə analiz etməsi lazım deyil? Ətrafda düzgün insanın olmamasının əsas səbəbləri nələrdir?

Bartolomeyə görə uşaq ilə baxıcısı arasında keçən bağ, onun gələcəkdəki münasibətlərinə ciddi təsir edir. Yəni münasibətərə girmək üçün düzgün insan tapa bilməməsinin səbəbi həmin insanın uşaqlığı ilə əlaqəlidir. Tutalım ki, uşaq ikən valideynləriniz və ya sizə baxan hər kim isə, sizə qarşı alçaldıcı davranışlar göstərib. Sizə hörmət etməyibsə, bu sizə belə darvanacaq partnyorlar seçməyinizə səbəb olacaqdır. İlk olaraq bunun fərqində olmaq və düzəltməyə çalışmaq, alınmasa bir psixoloqdan kömək almaq lazımdır.

Mənbə: Uplifers